Tarixin faciə
və qürur günündə....
Bu da azğınlığın, vəhşiliyin
bir nümunəsi...
21 il əvvəl
Bakının küçələrinə
yeridilmiş zirehli texnika ilə törədilən amansızlığı,
qeyri-insani hərəkətləri
başqa nə adlandırmaq olar?
Xıncım-xıncım edilmiş
avtomobillər, əzilmiş
avtobuslar, "şikəst"
qalmış yük maşınları şəhərdə
bir deyildi, beş deyildi. Bu tükürpədən mənzərənin
özü də sübut edirdi ki, həmin vəhşiliyi törədənlərə
necə bir əmr verilib. Qarşıya kim çıxırsa, gözə
nə görünürsə
hamısını ayaqlayıb
keçmək, əzmək,
məhv etmək, bir sözlə, faciə törətmək
- bu idi məqsəd.
Lakin bu faciənin özü də azadlıqsevər xalqımızın qürur
anına, tariximizin bir səhifəsinə çevrildi.
Azərbaycan.- 2011.- 22 yanvar.- S. 5.