Azərbaycan Prezidenti İlham Əliyev "bp-Azərbaycan" şirkətinin
prezidenti Rəşid Cavanşiri qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də "bp-Azərbaycan" şirkətinin prezidenti Rəşid Cavanşiri qəbul etmişdir.
Görüşdə bp şirkətinin Azərbaycanda fəaliyyəti, "Şahdəniz-2" yatağında işlərin uğurlu icrası ilə bağlı məsələlər müzakirə edildi, Azərbaycan Dövlət Neft Şirkəti ilə bp şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2011.- 23 yanvar.- S. 1.