Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ilə Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin arasında görüş keçirilmişdir

 

Yanvarın 22-də Prezident Sarayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ilə Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin arasında görüş keçirilmişdir.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə ötən ilin yanvarında Bakıda keçirilmiş Humanitar Forumdan sonrakı müddətdə iki ölkənin müvafiq qurumları arasındakı əlaqələr müzakirə edilmiş, həmin Forumun Bakı Beynəlxalq Humanitar Forumu kimi bu ildən etibarən mütəmadi surətdə təşkil olunması keçirilməsi ilə bağlı dövlətlərimizin başçılarının təşəbbüsünə uyğun olaraq bəzi təşkilati məsələlər onların həyata keçirilməsinin detalları haqqında fikir mübadiləsi aparılmışdır.

Müzakirələr zamanı Rusiya Azərbaycan ilə yanaşı, xarici ölkələrdən dəvət olunacaq nüfuzlu elm, təhsil, mədəniyyət, incəsənət, ictimai-siyasi digər nümayəndələrin iştirakı ilə keçiriləcək Foruma hazırlıq məsələləri ilə əlaqədar işçi qrupun tərkibi müəyyənləşdirilmiş, tədbirin əhəmiyyətini mahiyyətini nəzərə alaraq onun beynəlxalq təşkilatlarda qeydiyyatının vacibliyi vurğulanmışdır.

Hər iki ölkənin Foruma böyük önəm verməsinin qeyd olunduğu görüşdə Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsində yaxşı təcrübəyə malik olduğu diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, gələcəkdə Beynəlxalq Forumun paytaxt Bakı ilə yanaşı, Azərbaycanın regionlarında da keçirilməsi mümkündür.

Administrasiya rəhbərlərinin görüşündə Azərbaycan Rusiya arasındakı ikitərəfli münasibətlərin digər aktual məsələləri müzakirə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 23 yanvar.- S. 3.