Şəhidlərin xatirəsinə
ehtiram
Azərbaycanda səfərdə olan Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin yanvarın 22-də Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirmiş, "Əbədi məşəl" abidəsi önünə əklil qoymuşdur.
Rusiya Prezidenti Administrasiyasının rəhbərinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri, eləcə də Dövlət Bayrağı meydanı barədə məlumat verilmişdir.
Sergey Narışkin Bakının ən hündür nöqtəsindən
Azərbaycan paytaxtının
mənzərəsini seyr
etmişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 23 yanvar.- S. 3.