"Yol nişanları və siqnalları haqqında"
1968-ci il Konvensiyasını
tamamlayan Avropa Sazişinin "Yolların nişanlanması
barədə" protokolunun
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Yol nişanları və siqnalları haqqında" 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin "Yolların nişanlanması barədə" 1973-cü il martın 1-də Cenevrə şəhərində imzalanmış Protokolu Azərbaycan Respublikasının ona dair qeyd-şərti və bəyanatı ilə təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
21 dekabr 2010-ci il
Azərbaycan.- 2011.- 23 yanvar.- S. 1.