Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

 Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 583; 2001-ci il, №7, maddə 454, №9, maddə 576, №12, maddə 734; 2002-ci il, №5, maddə 249, №12, maddə 707; 2003-cü il, №8, maddə 425, №12, I kitab, maddə 671; 2004-cü il, №1, maddə 1, №11, maddə 887, №12, maddə 980; 2005-ci il, №2, maddə 61, №8, maddə 688, №12, maddə 1081; 2006-cı il, №12, maddələr 1005, 1026; 2007-ci il, №1, maddə 4, №6, maddə 597, №12, maddə 1192; 2008-ci il, №7, maddə 602, №11, maddə 960; 2009-cu il, №7, maddə 506) 102.1.17-ci maddəsindədeputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarınasözlərivə hakimlərə öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilənsözləri ilə əvəz edilsin.

II. Bu Qanun 2010-cu il oktyabrın 1-dən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2010-cu il.

 

Azərbaycan.- 2011.-  23 yanvar.- S.  2.