“İstehsalatda
bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək
qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının
Əmək Məcəlləsinə
və “Sığorta fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 4, maddə
213; 2001-ci il, ¹ 3, maddə 143, ¹ 6, maddə 362, ¹ 11, maddələr
672, 679, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 1, maddə 2, ¹ 5, maddə
241, ¹ 6, maddə 328; 2003-cü il, ¹ 1, maddələr 9, 23;
2004-cü il, ¹ 1, maddə 10, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹
6, maddə 413, ¹ 7, maddə 505, ¹ 9, maddə 672, ¹ 12, maddə
981; 2005-ci il, ¹ 3, maddə 151, ¹ 4, maddə 278, ¹ 7, maddə 560,
¹ 10, maddə 874, ¹ 11, maddə 1001, ¹ 12, maddə 1094;
2006-cı il, ¹ 3, maddələr 220, 222, ¹ 5, maddə 385, ¹ 11,
maddə 923, ¹ 12, maddələr 1004, 1025, 1030; 2007-ci il, ¹ 5,
maddələr 401, 437, ¹ 6, maddə 560, ¹ 8, maddə 756, ¹ 11,
maddələr 1049, 1053; 2008-ci il, ¹ 3, maddə 156, ¹ 7, maddələr
600, 602, ¹ 10, maddə 887, ¹ 11, maddə 960; 2009-cu il, ¹ 2, maddə
48, ¹ 5, maddə 294, ¹ 6, maddə 399, ¹12, maddələr 949, 969;
2010-cu il, ¹2, maddələr 70,75, ¹4, maddə 275)
aşağıdakı əlavə və dəyişikliklər
edilsin:
1. 9-cu maddənin “j” bəndində
“sosial sığorta” sözlərindən sonra “və
istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta” sözləri əlavə
edilsin.
2. 225-ci maddə
aşağıdakı redaksiyada verilsin:
“Maddə 225. İşçilərin istehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığortası
1. İşəgötürən
qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir
işçinin istehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığortalanmasını təmin etməlidir. Əmək
müqaviləsində işçinin sığortalanması
barədə müvafiq məlumatların göstərilməsi
mütləqdir.
2. İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta sahəsində münasibətlər
müvafiq qanunvericiliklə tənzimlənir. ”
3. 239-cu maddənin
beşinci hissəsi aşağıdakı redaksiyada
verilsin:
“5. Bu maddə
ilə nəzərdə
tutulmuş ödənclərin
verilməsi qanunvericiliklə
müəyyən edilmiş
qaydada işəgötürən
tərəfindən istehsalatda
bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək
qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta olunan işçilərə şamil
olunmur.”.
4. 1-ci əlavənin
4.14-cü bəndi aşağıdakı
redaksiyada verilsin:
“4.14. İşəgötürən işçini istehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək
qabiliyyətinin itirilməsi
hallarından icbari sığortalamalıdır.
İstehsalatda bədbəxt
hadisələr və
peşə xəstəlikləri
nəticəsində işçinin
həyatına və sağlamlığına dəyən
zərərlə bağlı
onun peşə əmək qabiliyyətinin
itirilməsinə və
ya ölümünə
görə qanunvericiliklə
müəyyən olunmuş
qaydada və məbləğdə sığorta
ödənişi verilir;”.
II. “Sığorta
fəaliyyəti haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹3, maddə 144, ¹7, maddə
602; 2009-cu il, ¹7, maddə
517) 14.2.4-cü maddədən “vaxtaşırı” sözü
çıxarılsın və
“sığortası” sözü
“itirilməsi hallarından
sığorta” sözləri
ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
21 dekabr 2010-cu il.
Azərbaycan.- 2011.- 23 yanvar.- S. 2.