Azərbaycan Respublikasının Şabran rayonunun Təzəkənd kəndinin Dəvəçi kəndi adlandırılması haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının Şabran rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi Dəvəçi kəndi, Təzəkənd kənd inzibati ərazi dairəsi Dəvəçi kənd inzibati ərazi dairəsi adlandırılsın.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2010-cu il

 

Azərbaycan.- 2011.-23  yanvar.- S. 2.