“Azərbaycan
Respublikasının bəzi
qanunvericilik aktlarına
əlavələr və
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2009-cu il 27 avqust tarixli 146 nömrəli Fərmanına əlavə
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli
Fərmanına və Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi haqqında Əsasnamə”yə əlavələr
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 12 noyabr tarixli 350 nömrəli Fərmanının
3.1-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə qərara alıram:
1. “Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 146 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 8, maddə 622) 2.2-ci bəndində
“aparılması” sözündən sonra “və
bağlanması” sözləri əlavə edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 yanvar 2011-ci il.
Azərbaycan.- 2011.-23 yanvar.- S. 2.