Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə əlavə edilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

“Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹4, maddə 323, ¹12, maddə 1034; 2007-ci il, ¹11, maddə 1105, ¹12, maddə 1246; 2009-cu il, ¹7, maddə 533, ¹8, maddə 627, ¹10, maddə 773, ¹12, maddələr 983, 988; 2010-cu il, ¹2, maddə 83, ¹4, maddə 292; Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 350 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 16.10-1-ci bənd əlavə edilsin:

 

“16.10-1. ədliyyə sisteminin inkişafı sahəsində göstərdikləri səmərəli əməkdaşlığa və verdikləri töhfələrə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələrini və ölkə vətəndaşlarını fəxri fərman və xatirə nişanı ilə təltif edir;”.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 yanvar 2011-ci il.

 

Azərbaycan.- 2011.- 23 yanvar.- S. 2.