“Azərbaycan
Respublikasının beynəlxalq
müqavilələrinin bağlanması
və ya ləğv edilməsi haqqında təkliflərin
mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr
tərəfindən verilməsi
Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
bağlanması, icrası və ləğv edilməsi
qaydaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 295 nömrəli
Fərmanının 1.3-cü bəndinin icrasını təmin
etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin
mərkəzi icra hakimiyyəti orqanları və dövlətə
məxsus müəssisələr tərəfindən verilməsi
Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
2.1. qüvvədə
olan qanunvericilik aktlarının bu Fərmana
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
bu Fərmana uyğunlaşdırılmasını təmin
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.3. öz səlahiyyətləri
daxilində bu Fərmandan irəli gələn digər məsələləri
həll etsin.
3. “İdarələrarası
xarakter daşıyan Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin bağlanması, icrası və ləğv
edilməsi Qaydaları”nın təsdiq olunması haqqında”
Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 dekabr
tarixli 526 nömrəli və “Azərbaycan
Respublikasının beynəlxalq dövlətlərarası və
hökumətlərarası müqavilələrinin
bağlanması qaydası haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 616 nömrəli
fərmanları qüvvədən düşmüş hesab
edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 yanvar 2011-ci il.
Azərbaycan.- 2011.- 23 yanvar.- S. 2.