Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları dövlətə məxsus müəssisələr tərəfindən verilməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 295 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən hazırlanmışdır Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları dövlətə məxsus müəssisələr tərəfindən verilməsi qaydalarını müəyyən edir.

1.2. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları tərəfindən bağlanılan beynəlxalq müqavilələr hökumətlərarası müqavilə sayılır "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda, bu Qaydalarda Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında hökumətlərarası müqavilələrə münasibətdə nəzərdə tutulmuş müddəalar həmin müqavilələrə şamil edilir.

1.3. Azərbaycan Respublikasının Prezidenti beynəlxalq danışıqlar aparmaq Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini imzalamaq səlahiyyətini dövlətə məxsus müəssisələrin rəhbərlərinə verə bilər.

2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında təkliflər

2.1. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında təklifləri Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan Respublikasının Nazirlər Kabineti təqdim edir. Xarici siyasət məsələləri ilə bağlı beynəlxalq müqavilələrin bağlanması haqqında təklifləri Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi təqdim edə bilər.

2.2. Mərkəzi icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında təklifləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edirlər.

2.3. Dövlətə məxsus müəssisələr Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında təklifləri müvafiq sahədə dövlət idarəçiliyini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı vasitəsilə təqdim edirlər.

2.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti verilmiş təklifləri beynəlxalq müqavilənin mətnini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi digər aidiyyəti orqanlarla razılaşdırdıqdan sonra müvafiq rəylə birlikdə həmin təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

2.5. Azərbaycan Respublikasının beynəlxalq müqaviləsinin bağlanması haqqında təklif verilərkən beynəlxalq müqavilənin bağlanması zərurəti əsaslandırılır, onun ehtimal olunan siyasi, iqtisadi, hüquqi, maddi maliyyə nəticələri müəyyənləşdirilir, beynəlxalq müqavilənin icraçıları göstərilir, danışıqların aparılması, beynəlxalq müqavilənin mətninin qəbul edilməsi məqsədi ilə Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibi təklif edilir. Bağlanması təklif edilən Azərbaycan Respublikasının beynəlxalq müqaviləsində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydalardan fərqli qaydalar nəzərdə tutulduqda, onun bağlanması təklifini verən mərkəzi icra hakimiyyəti orqanının (dövlətə məxsus müəssisənin) müqavilədə fərqli qaydalar nəzərdə tutulması zərurətini əsaslandıran rəyi təqdim olunmalıdır.

2.6. Azərbaycan Respublikasının beynəlxalq müqaviləsinin bağlanması haqqında təklif verilərkən beynəlxalq müqavilənin mətni dövlət dilində olmalıdır. Müvafiq mətn dövlət dilində olmadıqda, beynəlxalq müqavilənin bağlanması təklifini verən mərkəzi icra hakimiyyəti orqanı (dövlətə məxsus müəssisə) onu dövlət dilinə tərcümə etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə tərcümə edilmiş mətnin xarici dildə olan mətnə uyğunluğunu təsdiq etməlidir.

2.7. Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanması nəzərdə tutulan beynəlxalq müqavilələr onların imzalanması tarixinə ən azı iyirmi gün qalmış Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilməlidir.

2.8. Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri digər səlahiyyətli şəxslər tərəfindən imzalanması nəzərdə tutulan beynəlxalq müqavilələr onların imzalanması tarixinə ən azı otuz gün qalmış Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilməlidir.

2.9. Qoşulma prosedurunda imzalanması nəzərdə tutulmayan beynəlxalq müqavilələrə qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının qoşulması üçün həmin müqavilələr qoşulmaq tarixinə ən azı otuz gün qalmış Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilməlidir.

2.10. Bu Qaydaların 2.7-2.9-cu bəndlərində göstərilən beynəlxalq müqavilələrin mətnlərinə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edildikdən sonra hər hansı düzəliş haqqında həmin düzəlişin edildiyi gündən başlayaraq üç gün müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat verilməlidir.

2.11. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları beynəlxalq müqavilənin bağlanmasına dair fərqli mövqeyə malik olduqda həmin orqanların əsaslandırılmış mövqeyi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilməlidir.

3. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi haqqında təkliflər

3.1. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi haqqında təklifləri Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan Respublikasının Nazirlər Kabineti təqdim edir. Xarici siyasət məsələləri ilə bağlı beynəlxalq müqavilələrin ləğv edilməsi haqqında təklifləri Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi təqdim edə bilər.

3.2. Mərkəzi icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi haqqında təklifləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edirlər.

3.3. Dövlətə məxsus müəssisələr Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi haqqında təklifləri müvafiq sahədə dövlət idarəçiliyini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı vasitəsilə təqdim edirlər.

3.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti verilmiş təklifləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi digər aidiyyəti orqanlarla razılaşdırdıqdan sonra müvafiq rəylə birlikdə həmin təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

3.5. "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1032-IIIQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanmış idarələrarası xarakter daşıyan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi haqqında təkliflərin verilməsi bu Qaydaların 3-cü bölməsində müəyyən olunmuş qaydada həyata keçirilir.

 

 

Azərbaycan.-2011.-23 yanvar.- S.6.