Azərbaycan-Türkiyə hökumətlərarası birgə komissiyasının VI iclası keçirilmişdir

 

AzərTAc xəbər verir ki, yanvarın 22-də Bakıda Azərbaycan-Türkiyə hökumətlərarası birgə komissiyasının VI iclası keçirilmişdir.

Azərbaycan Baş nazirinin müavini Abid Şərifov komissiyanın işini yüksək qiymətləndirərək əldə olunmuş uğurlardan danışmışdır. Bildirmişdir ki, beynəlxalq iqtisadi böhrana baxmayaraq, Azərbaycanda aparılan islahatlar düzgün iqtisadi siyasət nəticəsində ötən illərdə iqtisadiyyatımız inkişaf etmişdir. 2009-cu ildə ümumi daxili məhsulun artımı 9,3 faiz olmuşdur. Keçən il isə iqtisadiyyatımız 5 faiz artmışdır. Son 7 ildə Azərbaycanda yoxsulluğun səviyyəsinin 4-5 dəfə aşağı düşdüyünü söyləyən A.Şərifov qeyd etmişdir ki, bu göstərici ötən ildə azalmışdır. 2010-cu ildə ölkə iqtisadiyyatına yatırılan 15,5 milyard dollar investisiyanın 9,3 milyard dolları qeyri-neft sektoruna qoyulmuşdur. Artıq daxili investisiyalar xarici investisiyaları üstələyir.

Baş nazirin müavini demişdir ki, qardaş ölkələrimizin təhsil, səhiyyə, mədəniyyət digər sahələrdə sıx əməkdaşlığı vardır. Ölkələrimiz arasında Strateji Əməkdaşlıq Şurasının yaradılması bu əlaqələrin daha da inkişafına xidmət edəcəkdir. 2011-ci il Azərbaycanda "Turizm ili" elan olunmuşdur bu sahədə müvafiq qurumlarımızın sıx əməkdaşlığı önəmli olardı.

Türkiyə şirkətlərinin Azərbaycanda böyük layihələr reallaşdırdıqlarını vurğulayan A.Şərifov buna misal olaraq respublika əhəmiyyətli Oğuz-Qəbələ-Bakı su kəmərinin, Şəmkir Su Anbarının tikintisinin məhz türk şirkətləri tərəfindən həyata keçirildiyini söyləmişdir. Hazırda inşası davam etdirilən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin əhəmiyyətini diqqətə çatdıran A.Şərifov demişdir ki, vaxtilə bunu əfsanə adlandıranlar artıq o əfsanənin reallaşmasına şahidlik edirlər.

Türkiyənin enerji təbii sərvətlər naziri Taner Yıldız komissiyanın işinin təşkilinə, göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmişdir. Azərbaycanı özünə ikinci vətən sayan Taner Yıldız qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün bütün imkanların olduğunu nəzərə çatdırmışdır. Dövlətlərimizin başçıları siyasi iradə nümayiş etdirərək qarşıya konkret məqsədlər qoymuşlar. Ümid edirik ki, iqtisadi əlaqələrimiz daha da inkişaf edəcək biz qarşıya qoyulan vəzifələrə nail olacağıq.

Bakıya hər gəlişində böyük bir inkişaf gördüyünü bildirən Taner Yıldız Azərbaycanın əldə etdiyi uğurların qardaş Türkiyədə böyük sevinclə izlənildiyini demişdir. Beynəlxalq iqtisadi böhran fonunda ötən il Türkiyədə iqtisadi inkişafın əldə olunduğunu diqqətə çatdıran nazir Azərbaycan şirkətlərinin bu ölkəyə qoyduğu investisiyaların onlarda böyük məmnunluq doğurduğunu söyləmişdir. Qeyd etmişdir ki, dövlət başçılarımız tərəfindən qarşıya qoyulan vəzifələrdən biri respublikalarımız arasındakı xarici ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılmasıdır ümid edirəm, biz bu səviyyəyə çata biləcəyik.

İclasın sonunda Azərbaycan-Türkiyə hökumətlərarası birgə komissiyasının VI iclasının protokolu imzalanmışdır.

Protokolu Azərbaycan Baş nazirinin müavini Abid Şərifov Türkiyənin enerji təbii sərvətlər naziri Taner Yıldız imzalamışlar.

 

 

Azərbaycan.- 2011.-23  yanvar.- S. 3.