Bunları ki biz demirik

 

Ermənilərin Qafqaza gəlişi çar Rusiyasının bəd əməllərindən biridir. Onların Qafqaz xalqı olmamasını Qərb və rus tarixçiləri, bütün dünya dövlətləri də yaxşı bilirlər. "Qafqaz erməniləri" məsələsinə gəldikdə, bunu məhz Rusiyada və Qərbdə uydurmuşlar. Məqsəd Qafqaz və bütün Şərq müsəlmanlarına qarşı mübarizədə həmin uydurmadan istifadə edilməsi idi. Bir sözlə, Rusiya imperiyasının, çar Pyotrun, onun xələflərinin təşəbbüsü sayəsində ermənilər Qafqazda, o cümlədən Azərbaycanda peyda olmuşlar. Türkiyə və İran ermənilərinin Qafqaza köçürülməsi ideyasının həyata keçirilməsində əsas rolu erməni qreqor (qriqorian) kilsəsi və onun xadimləri oynamışlar.

 

Rusiya ermənilərin İrandan Qafqaza köçürülməsi işini başa çatdırdıqdan sonra Türkiyə ilə də Ədirnə sülh müqaviləsi deyilən müqavilə bağlamışdı. Bu müqavilə Rusiyaya Türkiyə ermənilərini Qafqaza köçürmək imkanı vermişdi.

Rusiya bir neçə il ərzində Türkiyə və İrandan Qafqaza 100 mindən artıq erməni köçürmüşdü. Bu köçürmə siyasəti Rusiyanın süqutuna kimi davam etmiş və SSRİ dövründə yenidən bərpa olunmuşdur.

Türkmənçay müqaviləsi bağlanandan (10 fevral 1828-ci il) dərhal sonra Paskeviçin rəhbərliyi ilə Azərbaycana İrandan 40 min, Türkiyədən 90 min erməni köçürülmüşdü. Birlikdə götürüldükdə 1828-1896-cı illərdə İrəvandan və Türkiyədən köçürülənlərin sayı 2 milyon 200 mindən artıq olmuşdu. Onlardan 985 min 460 nəfəri Azərbaycanın qərb torpaqlarında, qalan hissəsi isə Qarabağ və Yelizavetpol (Gəncə) quberniyasında yerləşdirilmişdilər. Ermənilər bu yerlərdə məskunlaşandan sonra azərbaycanlıları sıxışdırmağa başlamış, onların çapqınçılıq və qarətçilik əməlləri adi hal almışdı. Ermənilərin dinc Azərbaycan əhalisinə qarşı kütləvi qırğınları Azərbaycan türklərinin məhvinə yönəldilmişdi. Arxalarında da rus çarları, əsasən də Pyotr dururdu.

Erməni tarixinin atası Movses Xorenasi yazmışdır: "Mən xalqımızın daşürəkliyini və yekəxanalığını göstərmək istəyirəm. Ermənilər həqiqəti inkar etməyi xoşlayırlar. Ermənilər böyük-böyük danışmığı xoşlayan, ikiüzlü millətdir".

1914-cü ildə erməni tarixçisi Gevorq Aslan "Ermənistan və ermənilər" kitabında yazmışdır: "Ermənilərin dövlətçiliyi olmamışdır. Ona görə də ermənilərdə vətən hissi yoxdur. Erməni vətənpərvərliyi yalnız yaşayış yeri ilə əlaqələndirilir. Bir dövlət kimi heç bir zaman mövcud olmamış xəyali "böyük Ermənistan" yaratmaq ideyası dünyanın bütün hayklarını birləşdirmək yolunda ümummilli konsepsiyadır".

Erməni şairi Yegişe Çarens "Biz ermənilərdə ikiüzlülük ana bətnində ikən yaranır. Ermənilər rus çarlarının təşəbbüsü və dəstəyi sayəsində Qərbi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan adlı dövləti də "drevnyaya Armeniya" adlandırmaqdan utanıb qızarmırlar".

Amerika tarixçiləri Castin və Karolin Makkartilər: "Müasir Ermənistan ərazisi ermənilərə deyil, azərbaycanlılara məxsusdur. Məhz bu səbəbdən Ermənistan ərazisindəki coğrafi adların çoxu Azərbaycan adlarıdır".

Gürcü yazıçısı Serqi Sajan: "Ermənilər şir deyil, daha güclü xalqlara qulluq göstərən çaqqallardır".

Gürcü yazıçısı və mütəfəkkiri İlya Çavçavadze Rusiyanın ali məmurlarına müraciətində belə yazmışdı: "Zati-aliləri, erməni əhalisinin mərkəzi rus torpaqlarında məskunlaşdırılmasına icazə verməyin. Ermənilər elə zaddırlar ki, bir neçə on il rus ərazisində yaşadıqdan sonra dünyaya car çəkəcəklər ki, bu torpaqlar, guya ki, onların ata və babalarınındır".

Ermənilərin İrandan Azərbaycan ərazisinə köçürülməsində xüsusi təşəbbüs göstərmiş məşhur rus yazıçısı, ermənilərin əslində kimliyindən pərtləşən A.S.Qriboyedov 1819-cu ilin sentyabr ayında dövlət məmuru Mazareviçə ermənilərdən narazılığını belə ifadə etmişdi: "Bu ermənilər nə murdar adamlardır. Onlar həmişə qulağıma pıçıldayaraq deyirlər ki, ruslar onların havadarlarıdır. Sözdə belə deyir, ancaq əslində erməniləri təpik altına salmağa hazır olan farslara satılırlar".

Dahi rus yazıçısı A.S.Puşkin ermənilərə nifrətini qısaca belə ifadə etmişdir: "Sən qulsan, sən qorxaqsan. Ona görə ki, sən ermənisən..." Rus tədqiqatçısı V.L.Veliçko (XIX əsrin sonu, XX əsrin əvvəli): "Erməni qadınları öz xoşları, bəzən də zor gücünə digər xalqların - İran əsgərlərinin, türklərin, gürcülərin və dağlıların məşuqələri olmuşlar. Erməni qızları və qadınlarının bu məşuqları öz bəkarətini çoxdan itirmiş həmin məşuqələrinə ləyaqətsiz vücudlar kimi baxmışlar. Elə bu səbəbdən də ermənilərin damarlarında həddən artıq müxtəlif millətlərin qanları axır".

Biz hələ erməni məktəbləri üçün yazılmış dərsliklərdən danışmırıq. Həmin dərsliklərdə bütün qonşu dövlətlərin xalqlarını mədəniləşdirmək səylərindən danışılır, başabəla "böyük Ermənistan" xülyası ön plana çəkilir. Kilsə məktəblərində, hətta "böyük Ermənistan"ın xəritələri də verilmişdir. Elə çıxır ki, "böyük Ermənistan"ın paytaxtı Tiflis şəhəridir, ərazisinin sərhədləri isə Voronejə geib çıxır.

Tarixçi A.Anninski XIX əsrdə yazmışdır: "Qədim ermənilərin keçmiş siyasi qüdrətinin və mədəniyyətinin əhəmiyyətini sübuta yetirən heç bir sənədin qorunub saxlanmaması göstərir ki, onların heç nəyi olmamışdır. Bu onu göstərir ki, qədim ermənilər azsaylı vəhşi qəbilə üzvləri olmuşlar. Ermənilərin bədii yaradıcılığının son dərəcə miskinliyi də bununla əlaqədardır. Onların elmliliyi barədə danışmağına da dəyməz. Ermənilər mövcudluqlarının bütün dövrü ərzində heç bir orijinal şey meydana çıxara bilməmişlər".

Əmir Teymur (Teymurləng) demişdir: "Tarix məni iki şeyə görə bağışlamayacaq: 1) Erməniləri bir etnos kimi məhv etmək istəsəm də, ancaq etmədiyimə görə; 2) Doğrudur, ermənilərin arasında da, ola bilsin ki, yaxşıları var. Lakin bütövlükdə erməni xalqı alçaq və rəzil xalqdır. Heç bir vaxt fikrini üzə deməz, gizli saxlar və buna görə də adama mədəni təsir bağışlar və imkan düşən kimi onun qanını tökər".

Fridrix Engels: "Korinfdə və hətta Hindistan məbədlərində qulluq edən ilk rəqqasələr və fahişələr erməni kənizləri olmuşlar".

Karl Marks: "Öz arvadlarını yaşamaq və qazanc naminə başqa xalqların kişilərinin altına salan ilk millət erməni milləti olmuşdur".

Rus generalı və diplomatı Mayevskinin "Ermənilərin törətdikləri kütləvi qətllər" haqqında kitabından: "Görəsən kimsə ermənilərin xalq qəhrəmanlığı haqqında eşidibmi? Onların azadlıq uğrunda döyüşçülərinin adları harada həkk olunub? Heç yerdə! Ona görə ki, ermənilərin "qəhrəmanları" öz xalqının xilaskarından daha çox onun cəlladı olublar".

Qarabağın tarixi kökləri antik dövrə gedib çıxır. Qarabağ Azərbaycanın tarixi əyalətlərindən biridir. Bu region Azərbaycanın mühüm siyasi, dini, mədəni mərkəzidir. Bədnam Qarabağ problemi ermənilərin tarixi saxtalaşdırma ideyasının "məhsuludur". Tarixçi A.Aninnski XIV əsrin sonunda yazmışdır: "Ermənilərin heç bir vaxt tam siyasi müstəqilliyi olmamışdır".

Tədqiqatçı V.Yelixovski: "Dünyanın hər tərəfinə səpələnmiş ermənilər birgə yaşadıqları xalqların adətlərini, geyimlərini tez mənimsəyirlər. Buna görə də Türkiyədə ermənini türkdən, İranda isə farsdan seçmək olmur".

Aleksandr Dümanın (ata) "Qafqaza səyahət" kitabından: "Ermənilər həmişə erməni dinindən fərqli dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə onlar öz fikirlərini, hisslərini və məramlarını gizlədən vücudlara, habelə dələduzlara və fırıldaqçılara çevrilmişlər".

İngilis səyyahı Vilsonu: "Ermənilər acgözdürlər, tamahkardırlar və əclafdırlar, heç kimə hörmət bəsləmirlər. Onlar hər bir xırda şeyi şişirtməyə qadirdirlər, intriqa sevəndirlər".

Maqdi Neymanın "Ermənistan" kitabından: "Ermənistan bir dövlət kimi bəşər tarixində heç bir əhəmiyyətli rol oynamamışdır. Ermənistan ermənilərin yaydığı coğrafi termindir, Ermənistan assurların, midiyalıların, iranlıların, yunanların, monqolların, rusların mübahisələrinin həll edildiyi yer olmuşdur..."

Alman xadimi və alimi Fon der Holts "Anadolu eskizləri" kitabından: "Kim ki Anadolu əyalətlərində əsas yerli əhali kütləsi ilə tanış olursa, türkləri tez bir vaxtda sevir, yunanlara və ermənilərə nifrət bəsləyir. Anadolunun hansısa bir yerində əgər sizi aldatmış olsalar, bilin ki, ermənilərlə rastlaşmısınız. Mən türk ilə işbirliyi qurmaq istəyəndə heç bir yazılı saziş bağlamıram. Çünki onun verdiyi söz qanundur. Ermənilərlə hətta yazılı müqaviləyə inanmıram. Çünki onlar təsdiq olunmuş müqaviləyə belə əməl etməmək üçün intriqalara əl atmaqdan da çəkinmirlər".

İsveçrə mənşəli yəhudi şərqşünas Mets 25 ilə (1869-1917) ərsəyə gətirdiyi kitabında ermənilər haqqında belə fikir söyləmişdir: "Ermənilər ağ adamlardan olan qulların ən pisləridir. Onların hamısının ayaqları əyri, danışdıqları dil isə çox qabadır. Utanan üzləri olmayan ermənilər əsasən oğurluqla məşğuldurlar. Qul ermənini əgər heç olmazsa bircə saat işsiz qoysan, daxili aləmi onu pis əməllərə səsləyir. Dəyənək altına salınanda qorxusundan yaxşı işləyir, işi zəiflikdən yox, tənbəllikdən görmək istəmir, tənbəllikdən zövq alır. Belə halda onu ağac götürüb kötəkləmək lazımdır".

Rus alimi və tədqiqatçısı Nikolay Şavrov 1911-ci ildə ermənilərlə bağlı yazmışdır: "Cənubi Qafqazda yaşayan 1 milyon 300 min ermənidən 1 milyondan çoxu yerli əhali deyil, ruslar tərəfindən buraya köçürülənlərdir". Şavrovun yerli əhali hesab etdiyi 300 min erməni də aborigenlər deyil, bir qədər əvvəl, I Pyotrun dövründə Cənubi Qafqaza köçürülənlərdir. Türklərin əzəli düşməni olan Pyotr əmr etmişdi ki, erməniləri özlərinin istədikləri yerlərə köçürün, əgər həmin yerlər müsəlmanların olsa, onları qovmaqdan çəkinməyin.

Rus imperiyası ermənilərin istəyinə uyğun olaraq alban katolikostluğunu da ləğv etmişdi. Bununla da ermənilərin əl-qolu açılmışdı. Alban katolikosluğu hələ Qafqaz Albaniyası zamanında yaranmışdı. Azərbaycana islamın gəlişindən sonra da alban katolikosluğu ləğv edilməmişdi. İslamı qəbul etməyən albanların bir qismi Azərbaycanda, o cümlədən Qarabağda alban kilsələrinə azad şəkildə baş çəkə bilirdilər. Bu xristianlar XIX əsrədək albanlar adlanırdılar və əsasən Qarabağda yaşayırdılar. Ermənilər Qarabağda məskunlaşandan sonra albanlar onların kilsələrini erməni kilsəsinə çevirməyin əleyhinə gedirdilər. Bu məsələdə yenə də Rusiya ermənilərin köməyinə gəldi. Rusiya hökuməti 1836-cı ildə alban katolikosluğunu ləğv etdi. Albanlar XX əsrin əvvəllərində, demək olar ki, tamamilə ermənilərlə assimilyasiya olundu və bununla da Qarabağda erməni (əslində isə alban) icması meydana gəldi.

Ermənilərin İrəvan, Zəngəzur, Göyçə və Qarabağ torpaqlarında məskunlaşdırılmasına baxmayaraq, onlara öz dövlətlərini yaratmaq müyəssər olmamışdı. Lakin Rusiya imperiyası və sonra Sovet Rusiyası xəyanət etdi və 1918-ci ildə Azərbaycan torpaqlarında erməni dövləti yaratdı.

Azərbaycanın çörəyini yeyib, suyunu içərək azğınlaşmış ermənilər indi sovet qoşunlarının zəbt etdiyi Qarabağda erməni dövləti yaratmaq istəyirlər. Onların bu istəyi ürəklərində qalacaq. Çünki nə dünya əvvəlki dünyadır, nə Azərbaycan əvvəlki Azərbaycan.

 

 

Arif HÜSEYNOV

 

Azərbaycan.- 2011.- 23 yanvar.- S. 7.