Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının
Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq
etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun bu yaxınlarda ölkəmizə səfərinin Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafı baxımından önəmi qeyd olunmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2011.- 25 yanvar.- S. 2.