2011-ci il yanvarın 12-də
Bakı şəhərində imzalanmış "Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi və Bosniya
və Herseqovinanın Xarici İşlər Nazirliyi arasında
əməkdaşlıq haqqında Protokol"un təsdiq edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. 2011-ci il yanvarın 12-də
Bakı şəhərində imzalanmış "Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi və Bosniya
və Herseqovinanın Xarici İşlər Nazirliyi arasında
əməkdaşlıq haqqında Protokol" təsdiq
edilsin.
2. Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyinə tapşırılsın
ki, bu sərəncamın 1-ci bəndində göstərilən
protokolun həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən protokolun qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə Bosniya və
Herseqovina tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 yanvar 2011-ci il
Azərbaycan.- 2011.- 25
yanvar.- S. 2.