Rusiya Federasiyasının
Prezidenti zati-aliləri
cənab Dmitri Medvedevə
Hörmətli Dmitri Anatolyeviç!
"Domodedovo" aeroportunda törədilmiş terror aktı
nəticəsində çoxlu
insan tələfatı
haqqında xəbər
məni dərindən
sarsıtmışdır.
Biz terrorizmin bütün forma
və təzahürlərini
qətiyyətlə pisləyirik.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına
və yaxınlarına,
bütün Rusiya xalqına dərin hüznlə başsağlığı
verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını
arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 yanvar 2011-ci il
Azərbaycan.- 2011.- 25 yanvar.- S. 2.