Gəncədə akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabına həsr edilmiş elmi-praktiki konfrans keçirilmişdir

 

Gəncə Dövlət Universitetində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabına həsr edilmiş elmi-praktiki konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə universitetin rektoru, professor Elman Məmmədov açaraq akademik Ramiz Mehdiyevin bu kitabının ermənilərin ideoloji təbliğatına ağır zərbə vurduğunu qeyd etmiş əsəri təhlil edərək onun əsas xüsusiyyətlərini iştirakçıların diqqətinə çatdırmışdır.

Tarix elmləri doktoru, professor Həsənbala Sadıqov, tarix elmləri namizədləri Asif Cavadov Samir Pişnamazzadə məruzələrlə çıxış edərək əsrlər boyu tarixi saxtalaşdıran, onu öz mənafelərinə uyğun yazmağa çalışan ermənilərə tutarlı cavab olan "Gorus-2010: absurd teatrı mövsümü" kitabının əhəmiyyətindən danışmışlar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov akademik Ramiz Mehdiyevin Ermənistan prezidenti Serj Sarkisyanın sayıqlamalarına tarixi faktlarla cavab verən yeni kitabını yüksək dəyərləndirmiş, onun öyrənilməsi təbliği istiqamətində qarşıda duran vəzifələrdən danışmışdır.

Eldar Əzizov yüz illərlə xalqımıza qarşı düşmənçilik mövqeyində dayanan, dəfələrlə azərbaycanlıları soyqırımına məruz qoyan, eləcə ölkəmizə qarşı hərbi təcavüz edən işğalçılıq siyasəti aparan ermənilərin üzünü açan faktları konfrans iştirakçılarının diqqətinə çatdırmış, bu yaxınlarda Moskvada Gəncənin tarixini saxtalaşdıran kitabın nəşri ilə bağlı fikirlərini açıqlamışdır.

Konfransda, həmçinin Gəncə onun tarixindən bəhs edən yeni kitabın nəşri ilə bağlı müzakirələr aparılmış, respublika ziyalılarına müraciət qəbul olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 25 yanvar.- S. 3.