Qanunun aliliyinə xidmət edən islahatlar

 

2010-cu ildə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi tədbirləri uğurla davam etdirildi

 

Tarixə çevrilmiş 2010-cu il iqtisadi sahədə keçid dövrünü geridə qoyaraq inkişafının keyfiyyətcə yeni mərhələsinə adlamış müstəqil Azərbaycan üçün təkcə mühüm sosial-iqtisadi göstəricilərlə deyil, eyni zamanda məhkəmə-hüquq sistemində uğurlu nəticələrin qazanılması, əvvəlki illərdən start verilmiş mütərəqqi islahatların ardıcıl şəkildə davam etdirilməsi ilə əlamətdar olmuşdur. Məhkəmə sisteminin yeni dövrün tələblərinə uyğun müasirləşdirilməsi, obyektiv şəffaf şəraitdə peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmə orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədinə xidmət edən mütərəqqi islahatlar il ərzində uğurla davam etdirilmişdir.

2010-cu ildə regionlarda paytaxtda yeni məhkəmələrin yaradılması, həmçinin məhkəmələrdə hakimlərin sayının artırılması istiqamətində mühüm addımlar atılmışdır. Məhkəmələrdə yükünün çoxluğu nəzərə alınaraq Məhkəmə-Hüquq Şurasının təklifi ilə hakimlərin sayı bu il 25 faiz, məhkəmə aparatı işçilərinin sayı 60 faizədək artırılmış, hər bir hakim üçün əlavə köməkçi ştatı təsis olunmuşdur.

Xatırlatmaq yerinə düşər ki, məhkəmələrdə hakimlərin sayca azlığının ədalət mühakiməsinin keyfiyyətlə nəzərdə tutulmuş vaxtda həyata keçirilməsində başlıca çətinliklərdən olduğunu nəzərə alan Prezident İlham Əliyevin 2006-cı il 17 avqust tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 157 ştat vahidi artırılmışdır. Ötən il Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən tədbirlər məhz hakim vəzifəsinə seçkilərin tamamilə azad, obyektiv ədalətli keçirilməsinə, bu məsul vəzifəyə layiqli insanların seçilməsinə xidmət etmişdir. Hakimliyə namizədlərin seçilməsi kimi mühüm vəzifəni yerinə yetirən Hakimlərin Seçki Komitəsinin məqsədyönlü fəaliyyətinin nəticəsi kimi 2010-cu il daha 78 nəfər hakimliyə namizəd şəffaf mütərəqqi üsulla seçilərək hakim vəzifələrinə təyin olunmuşlar.

Dövlətimizin başçısı İlham Əliyevin 2010-cu il 22 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər "Məhkəmələr hakimlər haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər əlavələr edilməsi barədə" qanunu xüsusi qeyd etmək lazımdır. Qanunla yerli iqtisad məhkəmələrinin bazasında inzibati-iqtisadi məhkəmələr yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli "Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər "Məhkəmələr hakimlər haqqında" "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" fərmanına əsasən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi əsasında Bakı Ağır Cinayətlər Məhkəməsi, habelə Lənkəran, Gəncə, Şəki ağır cinayətlər məhkəmələri yaradılmışdır.

Fərmanla 1 2 saylı Bakı, Gəncə, Sumqayıt, Şəki, habelə Naxçıvan iqtisad məhkəmələrinin bazasında inzibati-iqtisadi məhkəmələr yaradılmış, onların sədrləri hakimləri təyin olunmuşlar. 2011-ci il yanvarın 1-dən iqtisadi-inzibati işlərə məhz yeni yaradılmış inzibati-iqtisadi məhkəmələrdə baxılır. Bu isə iqtisadi xarakterli mübahisələrin ixtisaslaşmış birinci məhkəmə instansiyasında tam, ədalətli, obyektiv araşdırılmasına, qanunamüvafiq şəkildə baxılmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir.

Prezident İlham Əliyevin 2010-cu il 9 avqust tarixli "Məhkəmə quruluşunda bəzi dəyişikliklər, hakimlərin ümumi sayı məhkəmələrin ərazi yurisdiksiyası haqqında" fərmanı da Azərbaycan Respublikasında məhkəmə quruluşunu təkmilləşdirmək məqsədi daşıyır. Fərmanla respublikamızın məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 600 nəfər müəyyən olunmuşdur. Şübhəsiz, hakim korpusunun sayının artırılması respublikamızda ədalət mühakiməsinin demokratikliyinin, şəffaflığının, obyektivliyinin təmini istiqamətində mühüm addımdır. Fərmanla Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi, Ağdam Hərbi Məhkəməsi, Qazax Hərbi Məhkəməsi, Lənkəran Hərbi Məhkəməsi Sumqayıt Hərbi Məhkəməsi ləğv edilmişlər.

Dövlət başçısı İlham Əliyevin 7 sentyabr tarixli sərəncamı ilə bəzi birinci instansiya məhkəmələrinin hakimlərinin sədrlərinin təyinatı da razılıq yüksək minnətdarlıq hissi ilə vurğulanmalıdır. Məhkəmə-Hüquq Şurasının təqdimatı əsasında möhtərəm Prezident həmin hakimlərə yüksək etimad göstərmiş, eyni zamanda, bəzi məhkəmələrin sədrlərini təkrarən bu vəzifəyə təyin etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2010-cu il tarixli "Azərbaycan Respublikasının bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında" sərəncamı ilə yeni yaradılmış Bakı, Gəncə, Lənkəran Şəki ağır cinayətlər məhkəmələrinə, inzibati-iqtisadi məhkəmələrə, o cümlədən bir sıra birinci instansiya məhkəmələrinə yeni hakimlər təyin olunmuşdur. Möhtərəm Prezidentin 2010-cu il 13 dekabr tarixli "Ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin bir sıra digər birinci instansiya məhkəmələrinin sədrlərinin təyin edilməsi haqqında", habelə "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında" sərəncamları da bu baxımdan böyük razılıq minnətdarlıq hissi ilə qarşılanmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2010-cu il tarixli "Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında" sərəncamı ilə Ali Məhkəmənin kollegiya sədrləri vəzifələrinə təyin olunmuşlar. Şübhəsiz, kollegiya sədrləri təyin edilmiş şəxslər dövlət başçısının bu yüksək etimadını doğrultmaq, insan vətəndaş hüquq azadlıqlarının məhkəmələrdə etibarlı şəkildə qorunmasını təmin etmək üçün səylə çalışacaqlar.

Azərbaycan Respublikasının Ali Məhkəməsinin bir neçə gün əvvəl keçirilmiş plenumu bu yüksək məhkəmə instansiyasının 2010-cu il ərzindəki fəaliyyətinin səmərəli olduğunu göstərir. İclasda məruzə edən kollegiya sədrləri 2010-cu ildə kollegiyaların fəaliyyətində nəzərəçarpacaq irəliləyiş olduğunu diqqətə çatdırmışlar. Məlumat üçün bildirək ki, Ali Məhkəmənin hərbi kollegiyası istisna olmaqla mülki, inzibati-iqtisadi cinayət kollegiyalarında 2010-cu ildə daxil olmuş işlər baxılmış müraciətlər 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə artmışdır. Mülki kollegiyada 6,4 faiz, inzibati-iqtisadi kollegiyada 33,7 faiz, cinayət kollegiyasında isə 15,4 faiz artım müşahidə olunmuşdur. Hərbi kollegiyada isə 7 faiz azalma qeydə alınmışdır. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 10,1 faiz artmış, 2009-cu ildə Ali Məhkəmədə cəmi 4 min 862 işə baxıldığı halda 2010-cu ildə bu rəqəm 5 min 354 olmuşdur. Bu da 2009-cu ildə baxılmış işlərlə müqayisədə 492 (10,1 faiz) çoxdur. Bundan başqa, Ali Məhkəmənin plenumunun 2010-cu ildə 7 iclası keçirilmiş, 48 qərar çıxarılmışdır. 2010-cu ildə Ali Məhkəmədə vətəndaşların ərizə şikayətlərinə, digər müraciətlərə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı düzgün cavab verilməsinə diqqət artırılmışdır. Ali Məhkəməyə edilən müraciətlərdə azalma müşahidə olunmuşdur. 2009-cu ildə Ali Məhkəməyə 21 min 162, 2010-cu ildə isə 18 min 918 müraciət daxil olmuşdur. Əlavə kassasiya şikayəti ilə bağlı müraciətlər 8,5 faiz azalmışdır.

2010-cu ildə həyata keçirilən islahatlar göstərir ki, Azərbaycanda məhkəmə orqanlarının nüfuzlu müstəqil hakimiyyət qolu kimi təşəkkül tapması, ədalət mühakiməsinin reallaşdırılması zamanı insan hüquq azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın, obyektivliyin təmini digər mühüm məsələlərin həlli ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Əminliklə söyləmək olar ki, inamla həyata keçirilən məhkəmə ədliyyə islahatları respublikada qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə, habelə Azərbaycanın beynəlxalq arenadakı demokratik imicinin yüksəlməsinə xidmət edir.

 

 

Hikmət MİRZƏYEV,

Azərbaycan Respublikası

Ali Məhkəməsinin

inzibati-iqtisadi

kollegiyasının sədri

 

Azərbaycan.- 2011.- 25 yanvar.- S. 3.