Taner Yıldız:
"Azərbaycanda həm
neft, həm də təbii qaz mənbələri getdikcə daha da çoxalır"
Türkiyənin enerji və
təbii sərvətlər
naziri Taner Yıldız Azərbaycan-Türkiyə
hökumətlərarası birgə komissiyasının
VI iclasında bildirmişdir
ki, komissiyanın əsas hədəfi təkcə enerji sahəsində deyil, nəqliyyat, turizm, təhsil, səhiyyə sahələrində də
qarşılıqlı işbirliyini daha da inkişaf etdirməkdir.
AzərTAc xəbər verir ki, Taner Yıldız
səfər çərçivəsində
energetika sahəsində
əməkdaşlıq,
"Şahdəniz-2", eləcə də digər layihələrin həyata
keçirilməsi ilə
bağlı müzakirələrin
aparıldığını söyləmişdir. "Azərbaycanda həm neft, həm də təbii qaz mənbələri getdikcə daha da çoxalır", - deyən nazir bunun sevindirici xəbər olduğunu diqqətə çatdırmışdır.
Qeyd etmişdir ki, bu ehtiyatlar
nə qədər çox olarsa, ölkənin inkişafı
daha sürətli, xalqın rifah halı da bir
o qədər yüksək olacaqdır. Bu da hamımızın
qazancıdır.
Azərbaycan.- 2011.- 25 yanvar.- S. 4.