Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti
konstitusiya məhkəmələrinin Braziliyada keçirilən
II Dünya Konqresində iştirak etmişdir
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sədr Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Braziliya Federal Ali Məhkəməsinin sədri Antonio Sezar Peluzonun dəvəti ilə yanvarın 16-dan 19-dək Rio-de Janeyro şəhərində konstitusiya məhkəmələrinin II Dünya Konqresində iştirak etmişdir.
Braziliyanın Federal Ali Məhkəməsi ilə Avropa Şurası Venesiya Komissiyasının birgə keçirdiyi konqresi açan Braziliyanın vitse-prezidenti Mişel Telmar iştirakçıları salamlamış, konstitusiya məhkəmələri arasında beynəlxalq məhkəmə-hüquq əməkdaşlığının vacibliyini qeyd etmişdir.
Sonra konqres öz işinə başlamış, hakimlərin müstəqilliyi və qərəzsizliyi, məhkəmə icraatı çərçivəsində insan hüquqları, konstitusiya şikayəti və digər məsələlər müzakirə edilmişdir.
Səfər
çərçivəsində Braziliya Federal Ali Məhkəməsi
və habelə tədbirdə iştirak edən bir çox
dövlətlərin yüksək məhkəmə
orqanlarının rəhbərləri ilə görüşlər
keçirilmiş, ölkələrimiz arasında məhkəmə-hüquq
əməkdaşlığı məsələləri
müzakirə edilmişdir.
Azərbaycan.- 2011.- 25 yanvar.- S. 4.