"Azərbaycan-İran: dostluq, qardaşlıq həmkarlığın yeni mərhələsi" adlı kitab nəşr edilmişdir

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İran İslam Respublikası üzrə nümayəndəliyinin təşkilatçılığı ilə "Azərbaycan-İran: dostluq, qardaşlıq həmkarlığın yeni mərhələsi" adlı kitab nəşr edilmişdir.

Kitab İran Prezidenti Mahmud Əhmədinejadın 2010-cu il noyabrın 17-18-də Azərbaycan Respublikasına rəsmi səfərindən bəhs edir.

Oxuculara Azərbaycan fars dillərində təqdim olunan kitab Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) rəsmi materialları əsasında hazırlanmışdır. Kitabda yerləşdirilən fotolar Azərbaycan-İran münasibətlərinin inkişafı, habelə Azərbaycan Respublikasının sosial-iqtisadi nailiyyətləri barədə əyani təsəvvür yaradır.

 

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

Tehran

 

Azərbaycan.- 2011.-25  yanvar.- S. 5.