Azərbaycan və Misirin həmkarlar ittifaqı təşkilatları
arasında sıx əlaqələr mövcuddur
Yanvarın 24-də Azərbaycan
Həmkarlar İttifaqları
Konfederasiyasında (AHİK) El Sayad All
Hamzanın başçılıq
etdiyi Misir Elm və Təhsil
Araşdırmaları Ümumhəmkarlar
İttifaqının (METAÜİ) nümayəndə heyəti
ilə görüş
keçirilmişdir.
AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirmişdir ki, hər iki ölkənin
həmkarlar ittifaqı
təşkilatları arasında
sıx əlaqələr
mövcuddur. Azərbaycanda həmkarlar hərəkatının
inkişaf mərhələləri
barədə danışan
S.Mehbalıyev vurğulamışdır
ki, qurum sovet dövründə özünün əsl mahiyyətini göstərə
bilməsə də Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində
ciddi dönüş yaranmışdır. Hazırda
Azərbaycan Təhsil
İşçiləri Azad
Həmkarlar İttifaqı
Respublika Komitəsinin
384 min üzvü vardır. Komitə ölkəmizdə ən iri həmkarlar təşkilatlarından biri
olmaqla yanaşı, təhsil sahəsində problemlərin həllində
mühüm rol oynayır.
Sonra AHİK sədri Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
ağır nəticələri,
Azərbaycan dövlətinin
bu problemin həlli ilə bağlı ədalətli
mövqeyi barədə
qonağa ətraflı
məlumat vermişdir.
Bildirilmişdir ki, erməni işğalı
nəticəsində minlərlə
təhsil işçisi
qətlə yetirilmiş,
əsir götürülmüş,
məktəb binaları
dağıdılmışdır.
Ətraflı məlumata, eləcə də göstərilən qonaqpərvərliyə
görə minnətdarlığını
bildirən El Sayad All Hamza
Azərbaycanın sürətlə
inkişaf etdiyini diqqətə çatdırmışdır.
Vurğulamışdır ki,
700 mindən çox üzvü olan
METAÜİ Misir Həmkarlar
İttifaqlar Federasiyasının
ən böyük təşkilatıdır. Beynəlxalq
Təhsil Birliyinin də üzvü olan təşkilat əməkdaşlarının əmək,
sosial, iqtisadi hüquqlarını və
qanuni mənafelərini
fəal müdafiə
edir.
Qonaq təşkilatın beynəlxalq
səviyyədə fəaliyyətinin
çox geniş olduğunu, elm və təhsil sahəsində bir çox təşkilatlarla
qarşılıqlı əməkdaşlıq
haqqında müqavilələr
imzaladığını və
bu istiqamətdə öz səylərini genişləndirdiyini bildirmişdir.
Sonda Səttar Mehbalıyev və El Sayad
All Hamza hər iki ölkənin
təhsil işçiləri
arasında dostluq, əməkdaşlıq əlaqələrinin
yaradılmasını, təcrübə
və informasiya mübadiləsinin aparılmasını,
bir-birlərinə dəstək
olmalarını nəzərdə
tutan protokol imzalamışlar.
Azərbaycan.- 2011.- 25 yanvar.- S. 5.