Hindistan Respublikasının
Prezidenti zati-aliləri
xanım Pratibha Devisinqh Patilə
Hörmətli xanım
Prezident!
Hindistan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə
Sizə və xalqınıza ən səmimi təbriklərimizi
yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Hindistan arasındakı ənənəvi
dostluq və əməkdaşlıq münasibətlərinin
inkişafı, əlaqələrimizin
daim genişlənməsi
bundan sonra da xalqlarımızın mənafelərinə xidmət
edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Hindistan xalqına
əmin-amanlıq və
firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 12 yanvar 2011-ci il
Azərbaycan.- 2011.- 26 yanvar.- S. 1.