Avstraliya İttifaqının General-Qubernatoru zati-aliləri xanım Kventin Braysa
Hörmətli xanım
General-Qubernator!
Ölkənizin milli bayramı - Avstraliya Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
Əminəm ki, Azərbaycan ilə Avstraliya arasında yaranmış dostluq münasibətlərinin
möhkəmləndirilməsi yolunda səylərimiz əməkdaşlığımızın inkişafı üçün
yeni imkanlar açacaqdır.
Bu əlamətdar
gündə Sizə ən xoş arzularımı yetirir,
dost Avstraliya xalqına
sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 12 yanvar 2011-ci il
Azərbaycan.- 2011.-26 yanvar.- S. 1.