Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilsin:

Abduyev Sadiq Tofiq oğlu - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi

Xəlilov Ehtiram Səyyaf oğlu - Sumqayıt Baş Gömrük İdarəsinin rəisi

Ələkbərov İsmayıl Ağa Qulu oğlu - Tədris Mərkəzinin rəisi.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 yanvar 2011-ci il

 

Azərbaycan.- 2011.- 26 yanvar.- S. 1.