Azərbaycanlı deputatlar Avropa Şurasının baş katibinə suallar ünvanlamışlar

 

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının birinci gününün ikinci yarısında Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs etmiş deputatların suallarına cavab vermişdir.

Sonra Avropa Şurasının baş katibi Torbyörn Yaqland çıxış etmişdir. Baş katib demokratiya, qanunun aliliyi insan hüquqları kimi bəşəri təməllərə əsaslanmış Avropa Şurasının Avropa məkanında insanların dinc firavan yaşamalarına səy göstərdiyini, rasizm, antisemitizm, ekstremizm digər mənfi hallara qarşı ardıcıl mübarizə apardığını diqqətə çatdırmış, Avropanın təhlükəsizliyi məsələsinə toxunmuş, Albaniyada baş vermiş hadisələrdən bəhs etmişdir.

Daha sonra baş katib AŞ PA üzvlərinin suallarını cavablandırmışdır. Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva baş katibə sualla müraciət etmişdir:

- AŞ PA 1416 saylı qətnamə qəbul etmişdir. Amma indiyədək bu qətnamənin müddəaları yerinə yetirilməmişdir. Bundan başqa, Ermənistandakı 2008-ci il hadisələrinə dair qurumun qətnaməsi vardır. Amma Ermənistan buna da məhəl qoymur. Nəyə görə ermənilər tərəfindən insan haqlarına qarşı edilən bu ciddi pozuntularatolerantlıq göstərir? Ermənistan indiyə kimi Azərbaycanın bir hissəsini işğal etmişdir. Bu da qaçqın məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına mane olur. 1416 saylı qətnamənin yerinə yetirilməməsi 1 milyondan artıq azərbaycanlı qaçqın məcburi köçkünlərin hüquqlarını pozur. AŞ bu vəziyyətin aradan qaldırılmasında hansı təsirli mexanizmlərdən istifadə edə bilər?

- Biz bu münaqişənin həll edilməsi ilə məşğul deyilik. Bununla ATƏT-in Minsk qrupu məşğul olur bu məsələdə onlar qərar vermək iqtidarındadır. Çıxışımda qeyd etdiyim kimi, qanunun aliliyi prinsipi Avropada münaqişələrin həll edilməsinin ayrılmaz hissəsini təşkil edir. Bu prinsipə insan haqlarına hörmət etmək istiqamətində bir vasitə kimi daha çox diqqət yetirmək lazımdır. Bu prinsip, əlbəttə ki, Avropada bir çox dondurulmuş münaqişələrin həll edilməsinə kömək edə biləcək sülh strategiyasının tərkibinə daxildir. Bu günbu münaqişənin həllində hələ ki, birbaşa rol oynamır.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov isə baş katibə aşağıdakı sualı vermişdir:

- Cənab baş katib, mənim sualım Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi üzrə assambleyada yaradılmış alt komitə ilə bağlıdır. 2005-ci il yanvarın 25-də AŞ PA Dağlıq Qarabağ münaqişəsi üzrə 1416 saylı qətnamə qəbul etmişdir. Problemin diplomatik vasitələrlə həllinə yardım etmək həmin qətnamənin icrasına nəzarət məqsədilə ayrıca bir Alt Komitə təsis edilmişdir. Lakin Ermənistan tərəfi Alt Komitənin fəaliyyətini davam etdirməsinə ən müxtəlif vasitələrlə mane olmağa çalışır. Ermənistanın sülh prosesinə AŞ PA qaydalarının ziddinə olan belə hərəkətlərinə Sizin münasibətiniz nədən ibarətdir?

- Mən AŞ-in rolu təşəbbüsünü yüksək qiymətləndirirəm. Dediklərimə qayıdıram bir şeyi qeyd etmək istəyirəm ki, burada hökumətlərarası səviyyədə işlək mexanizmin olmaması amili əsas rol oynayır. Bu münaqişənin həlli ATƏT-in Minsk qrupunun səlahiyyətlərinə daxildir. Biz əsas diqqəti ona yetirməliyik ki, hər iki dövlətdə hüququn aliliyi mətbuat azadlığı çox vacib məqamdır. Münaqişəyə dair növbəti qərarlarımızın qəbulu zamanı hüququn aliliyi mətbuat azadlığı onların əsasını təşkil edəcəkdir. Əgər tarixə nəzər salsaq, görərik ki, demokratiya, insan hüquqları olan ölkələrdə sülh quruculuğu daha asan başa gəlir. Münaqişədə olan hər iki tərəfdə qeyd etdiyim dəyərlər yaxşılaşdırılsa, o zaman münaqişənin həllinə yaxınlaşa bilərik. Ümüd edirəm ki, Minsk prosesində iştirak edən ölkələr bizim təşkilatın qoruduğu dəyər öhdəliklərə daha çox diqqət yetirə biləcəklər.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

 

Azərbaycan.- 2011.- 26 yanvar.- S. 4.