"Qafqaz albanlarının dili və ədəbiyyatı"nda erməni saxtakarlığı ifşa edilib

 

Son illər Azərbaycan tarixinə və mədəniyyətinə həsr olunmuş nəşrlərin təkcə texniki keyfiyyətinə deyil, faktlarla zənginliyinə, ədəbi-bədii tərtibatına da diqqət artırılıb. Çoxsaylı nəşrlərin əhəmiyyətinə gəlincə, bu barədə hələ də çatışmazlıqların tamamilə aradan qaldırılmamasına baxmayaraq, xalqımızın tarixi keçmişini özündə tutarlı faktlara əks etdirənlər də az deyil. "Qanun" nəşriyyatında Bəxtiyar Tuncayın yenicə işıq üzü görmüş "Qafqaz albanlarının dili və ədəbiyyatı" kitabı da bu seriyadandır. Müəllifin qənaətincə, hələ də mübahisəli qalan Qafqaz albanlarının dili və ədəbiyyatından bəhs edən kitabda vaxtilə Ukraynaya köçmüş alban əsilli alimlərin araşdıraraq tədqiq etdikləri faktlar da öz əksini tapıb.

Müəllif eyni zamanda Ukrayna və Qazaxıstandan gətirilmiş dəyərli tədqiqat əsərlərini araşdıraraq Qafqaz albanlarının dili və əlifbası barədə yeni mülahizələr irəli sürüb.

Kitabda albanların dili, ədəbiyyatı haqqında daha ətraflı məlumat verilməklə yanaşı, daha bir erməni saxtakarlığının üstü də açılıb. Belə ki, tarixdə "erməni qıpçaqcası" adlandırılan dilin ermənilərə deyil, albanlara məxsus olması isbat edilir.

 

 

Azərbaycan.- 2011.- 26 yanvar.- S. 7.