Prezident İlham Əliyevin "Statoil ASA" şirkətinin prezidenti baş icraçı direktoru Helge Lund ilə görüşü

 

Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Statoil ASA" şirkətinin prezidenti baş icraçı direktoru Helge Lund ilə görüşmüşdür.

"Statoil ASA" şirkətinin prezidenti baş icraçı direktoru Helge Lund Azərbaycan ilə rəhbərlik etdiyi şirkətin uzun illərdir uğurlu əməkdaşlıq həyata keçirməsini vurğulayaraq, bu əməkdaşlığın dərinləşməsi işinə Azərbaycan Prezidentinin şəxsən verdiyi töhfəni yüksək qiymətləndirdi.

"Azərbaycan ilə əməkdaşlıq bizim strategiyamızın ən prioritet sahələrindən biridir",- deyən Helge Lund ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini bildirdi.

Dövlətimizin başçısı Azərbaycan ilə "Statoil" arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq əmin olduğunu bildirdi ki, bu əməkdaşlıq bundan sonra da inkişaf edəcəkdir.

Prezident İlham Əliyev "Statoil"in "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun istismarındakı iştirakını ölkəmizə investisiya qoyuluşu istiqamətində həyata keçirdiyi işləri yüksək qiymətləndirdi.

Görüşdə Azərbaycan ilə "Statoil" şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-27  yanvar.- S. 1.