Azərbaycan Prezidenti İlham Əliyevin "Huawei Technologies" Korporasiyasının sədri xanım Sun Yafanq ilə görüşü

 

Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Huawei Technologies" Korporasiyasının sədri xanım Sun Yafanq ilə görüşmüşdür.

"Huawei Technologies" Korporasiyasının sədri xanım Sun Yafanq rəhbərlik etdiyi şirkətin Azərbaycan ilə uzunmüddətli əməkdaşlıqda maraqlı olduğunu bildirdi. Qeyd etdi ki, bu şirkət hazırda Azərbaycan ilə müəyyən sahələrdə fəal əməkdaşlıq qurmuşdur. O, mobil rabitə, internet informasiya-kommunikasiya texnologiyaları sahəsində "Huawei Technologies" Korporasiyasının Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu bildirdi.

Dövlətimizin başçısı şirkətin Azərbaycan ilə fəal işləməsindən sonuncu "Bakutel" sərgisində iştirak etməsindən məmnun olduğunu dedi. Prezident İlham Əliyev "Huawei Technologies" Korporasiyasının Azərbaycanda fəaliyyətini genişləndirəcəyinə ümidvar olduğunu bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 27 yanvar.- S. 1.