Prezident İlham Əliyevin "Edison" şirkətinin baş icraçı direktoru Umberto Kuadrino ilə görüşü
Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Edison" şirkətinin baş icraçı direktoru Umberto Kuadrino ilə görüşmüşdür.
Görüşdə "Edison" şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında əməkdaşlıq, "Cənub dəhlizi" və Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri layihələri ilə bağlı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2011.-27 yanvar.- S. 1.