"Azərbaycan
Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli
qanunu ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında" Əsasnaməyə əlavə
edilməsi haqqında" Azərbaycan Respublikasının
2010-cu il 30 dekabr tarixli 40-IVQD nömrəli qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
"Azərbaycan
Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli
qanunu ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında" Əsasnaməyə əlavə
edilməsi haqqında" Azərbaycan Respublikasının
2010-cu il 30 dekabr tarixli 40-IVQD nömrəli qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini
təmin etmək məqsədilə qərara alıram:
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay
müddətində:
1. qüvvədə olan
qanunvericilik aktlarının "Azərbaycan
Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında" Əsasnaməyə əlavə
edilməsi haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
3. öz səlahiyyətləri
daxilində "Azərbaycan Respublikasının 2001-ci il 29
iyun tarixli 168-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının daxili işlər
orqanlarında xidmət keçmə haqqında" Əsasnaməyə
əlavə edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 25 yanvar
2011-ci il
Azərbaycan.- 2011.- 27 yanvar.- S. 2.