Hindistanın milli bayramı şərəfinə

 

Yanvarın 26-da Hindistanın Azərbaycandakı səfirliyi öz ölkəsinin milli bayramı - Respublika gününün 61-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

Azərbaycanın Hindistanın dövlət himnləri səsləndikdən sonra çıxış edən Hindistanın Azərbaycandakı səfiri Debnat Şou ölkəsinin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan danışmışdır. Hazırda Hindistanın iqtisadiyyat, yüksək nüvə texnologiyaları, kosmik tədqiqatlar sahələrində bir çox nailiyyətlər qazandığı qeyd edilmişdir. Səfir Azərbaycanla Hindistanı möhkəm dostluq tellərinin bağladığını demişdir. Diplomat Azərbaycan ilə Hindistan arasında əlaqələrin çoxtərəfli formatda inkişafını xüsusi vurğulamışdır.

Ekologiya təbii sərvətlər naziri Hüseynqulu Bağırov əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin ən xoş arzularını təbriklərini çatdırmışdır. Nazir Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, gələcəkdə ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin qurulacağına əminliyini vurğulamışdır.

Qəbulda dövlət hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, mətbuat ictimaiyyət nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-27  yanvar.- S. 4.