Azərbaycanın müdafiə sənayesi naziri Çexiyada səfərdə olmuşdur

 

Azərbaycanın müdafiə sənayesi naziri (MSN) Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 20-dən 25-dək Çexiyada səfərdə olmuşdur.

Çexiyanın Sənaye Ticarət Nazirliyinin dəvəti ilə reallaşdırılan səfər çərçivəsində Y.Camalov bu ölkənin müdafiə naziri Aleksandr Vondra, sənaye ticarət nazirinin müavini Milan Hovorka, xarici işlər nazirinin müavini Tomaş Dub, eləcə Çexiyanın hərbi sənaye kompleksinə daxil olan şirkət müəssisələrin rəhbərləri ilə görüşmüşdür. MSN-dən AzərTAc-a bildirmişlər ki, görüşlərdə Azərbaycan ilə Çexiya arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri müzakirə olunmuş, əlaqələrin bundan sonra da inkişaf etdirilməsinə dair ümumi razılıq əldə olunmuşdur.

Nümayəndə heyəti Çexiyanın hərbi sənaye kompleksinə daxil olan şirkət müəssisələrlə yaxından tanış olmuşdur.

 

 

Azərbaycan.- 2011.- 27 yanvar.- S. 4.