Prezident İlham Əliyevin TOTAL şirkətinin
sədri və baş icraçı direktoru Kristof De Marjeri ilə
görüşü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Davosda TOTAL şirkətinin sədri və baş icraçı direktoru Kristof De Marjeri ilə görüşmüşdür.
Görüşdə TOTAL-ın Azərbaycandakı fəaliyyəti, bu şirkətin "Şahdəniz" və "Abşeron" qaz yataqlarının işlənilməsi, həmçinin Azərbaycan ilə TOTAL şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2011.- 28 yanvar.- S. 2.