Nazirlər Kabineti 2012-ci il
dövlət büdcəsi layihəsinin, habelə
ölkənin iqtisadi və sosial inkişaf
konsepsiyasının və proqnoz göstəricilərinin
Azərbaycan Prezidentinə vaxtında təqdim olunması
barədə sərəncam qəbul etmişdir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
Nazirlər Kabineti "Büdcə sistemi haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci
il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının
icrası ilə əlaqədar Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi layihəsinin,
habelə ölkənin iqtisadi və sosial inkişaf
konsepsiyasının və proqnoz göstəricilərinin
Azərbaycan Respublikasının Prezidentinə vaxtında
təqdim edilməsi məqsədilə 2011-ci il yanvarın
26-da sərəncam qəbul etmişdir.
Sərəncamda deyilir ki, "Büdcə sistemi
haqqında" Azərbaycan Respublikası Qanununun və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24
may tarixli 75 nömrəli qərarı ilə təsdiq
edilmiş "Dövlət büdcəsinin tərtibi və
icrası Qaydaları"nın müvafiq
müddəalarından irəli gələn vəzifələri yerinə yetirməklə
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
ölkənin növbəti büdcə ili üzrə
dövlət büdcəsinin və icmal büdcəsinin
layihəsini və sonrakı üç il üçün
icmal büdcəsinin göstəricilərini 2011-ci il
sentyabrın 15-dək, Azərbaycan Respublikasının
İqtisadi İnkişaf Nazirliyi
Azərbaycan Respublikasının növbəti büdcə ili
və gələn üç il üzrə iqtisadi və
sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini,
toplu maliyyə balansını 2011-ci il sentyabrın 10-dək,
həmçinin həmin qanunun 12-ci maddəsində
göstərilən digər sənədləri
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim edilməsi üçün
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
təqdim etsinlər.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
2012-ci il və sonrakı üç il üçün
dövlət büdcəsinin və icmal büdcənin
layihələrinin müəyyən olunmuş
müddətdə hazırlanmasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müvafiq sərəncamı ilə yaradılacaq gəlirlər
və xərclər üzrə komissiyaların
tərkibinə dair təkliflərini 1 ay müddətində
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
təqdim etsin.
Daha sonra
sərəncamda aidiyyəti dövlət qurumlarına
müvafiq tapşırıqlar verilmişdir.
Azərbaycan Respublikasının
Dövlət Statistika Komitəsi:
- cari il
üçün ölkənin ortamüddətli iqtisadi və
sosial inkişaf proqramını dəqiqləşdirmək
üçün 2010-cu ilin ilkin statistik məlumatlarını
2011-ci il fevralın 5-dək Azərbaycan Respublikasının
İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
- növbəti büdcə
ili və gələn üç il üçün
ölkənin iqtisadi və sosial inkişaf
konsepsiyasının, dövlət büdcəsi layihəsinin
və toplu maliyyə balansının hazırlanması
üçün zəruri statistik məlumatların
Azərbaycan Respublikasının İqtisadi İnkişaf
Nazirliyinə, Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə, Azərbaycan Respublikasının Vergilər
Nazirliyinə və digər əlaqədar təşkilatlara
mütəmadi olaraq təqdim edilməsini təmin etsin.
Azərbaycan Respublikasının
Vergilər Nazirliyi, Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi və dövlət
büdcəsinin gəlirlərini təmin edən digər
orqanlar dövlət büdcəsinin tərtibi və icrası
prosesi üçün gəlirlərlə bağlı
zəruri olan qanunvericilik aktlarına əlavə və
dəyişikliklər edilməsi məqsədi ilə
təkliflərini 2011-ci il martın 1-dək Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə, növbəti
büdcə ili və sonrakı üç il
üçün dövlət büdcəsi gəlirlərinin
layihəsini hazırlamaq məqsədi ilə mayın
1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyi
tərəfindən göndərilmiş təlimat
məktubuna uyğun olaraq, müvafiq məlumatları 2011-ci il
iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə təqdim etsinlər.
Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi 2012-ci və sonrakı
üç il üçün dövlət və icmal
büdcələrinin proqnozunun (gəlir, xərc və
kəsir), ilkin ortamüddətli göstəricilərini
2011-ci il aprelin 10-dək, dəqiqləşdirilmiş variantını
2011-ci il sentyabrın 5-dək, dövlət
büdcəsində dövlət investisiya xərclərinin
ilkin həcmini 2011-ci il martın 31-dək,
dəqiqləşdirilmiş məbləğini isə 2011-ci
il iyulun 20-dək Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyinə təqdim etsin.
Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi 2011-ci il üçün
dəqiqləşdirilmiş, 2012-ci il və sonrakı
üç il üçün ölkənin iqtisadi və
sosial inkişaf konsepsiyasının və proqnoz
göstəricilərinin ilkin variantını 2011-ci il
martın 1-dək, dəqiqləşdirilmiş variantını
isə 2011-ci il avqustun 1-dək Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.
Azərbaycan Respublikası
Vergilər Nazirliyinin regional və yerli bölmələri
Azərbaycan Respublikası Vergilər Nazirliyinin və
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
razılaşdırdığı formalara və cari il
mayın 1-dək Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin hazırladığı təlimat məktubuna
uyğun olaraq, növbəti büdcə ili və sonrakı
üç il üçün dövlət büdcəsinin
gəlirləri üzrə proqnoz layihələrini cari il
iyunun 1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
aidiyyəti yerli bölmələrinə təqdim etsinlər.
Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin,
komitələrin, idarə və təşkilatların
rəhbərlərinə, şəhər və rayon icra
hakimiyyəti orqanlarına tapşırılsın və
bələdiyyələrə tövsiyə edilsin ki,
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin
təlimat məktubuna uyğun olaraq, lazım olan
materialları iqtisadiyyatın müvafiq sahələrinin
inkişafının təhlili əsasında növbəti
büdcə ili və gələn üç il
üçün ölkənin iqtisadi və sosial inkişaf
konsepsiyasını, proqnoz göstəricilərini və toplu
maliyyə balansını hazırlamaq üçün 2011-ci
il iyulun 15-dək Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyinə təqdim etsinlər.
Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabineti, büdcədən
müvafiq maliyyə yardımları alan idarə və
təşkilatlar, həmçinin şəhər və rayon icra
hakimiyyətləri Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin rayon (şəhər) üzrə maliyyə
idarələri və şöbələri ilə birlikdə
növbəti büdcə ili və sonrakı üç il
üçün büdcə layihələrini (hər bir
dövlət proqramı üzrə xərclər ayrıca
göstərilməklə) 2011-ci il iyulun 1-dək Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim
etsinlər.
Nazirliklər,
komitələr və büdcədən
maliyyələşən digər təşkilatlar:
- növbəti
büdcə ili və sonrakı üç il
üçün büdcə layihələrini (hər bir
dövlət proqramı üzrə xərclərin və istehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta ilə bağlı tələb olunan vəsaitin
məbləği ayrıca göstərilməklə) və
büdcə prosesinin təkmilləşdirilməsinə dair
təkliflərini 2011-ci il iyulun 1-dək Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim
etsinlər;
- dövlət
büdcəsi vəsaitinin səmərəli istifadəsini
təmin etmək məqsədi ilə funksional
təsnifatın müvafiq bölmələri
çərçivəsində inzibati təsnifata uyğun
olaraq boş (vakant) ştatlar (vakant ştatların
vəzifə adı, sayı və vəzifə maaşı
göstərilməklə) barədə məlumatları
hər rübdən sonrakı ayın 15-dək Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim
etsinlər.
Azərbaycan
Respublikasının Dövlət Sosial Müdafiə Fondu
və Azərbaycan Respublikasının Dövlət Neft Fondu
növbəti büdcə ili və
gələn üç il üçün öz büdcə
layihələrinin ilkin variantını 2011-ci il martın
15-dək, dəqiqləşdirilmiş variantını isə
2011-ci il iyulun 1-dək Azərbaycan Respublikasının
İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim
etsinlər.
Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi ilə
razılaşdırmaqla "Avtomobil Yolları"
Məqsədli Büdcə Fondunun, Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi "Dövlət
zəmanəti ilə alınan borcların Təminat
Fondu"nun növbəti büdcə ili və gələn
üç il üçün büdcə layihələrinin
ilkin variantını 2011-ci il martın 15-dək,
dəqiqləşdirilmiş variantını isə 2011-ci il
iyulun 1-dək Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyinə təqdim etsinlər.
Dövlət
büdcəsindən maliyyə yardımı (dotasiya) almaq
istəyən bələdiyyələrə tövsiyə
edilsin ki, "Büdcə sistemi haqqında" Azərbaycan
Respublikası Qanununun 11.14-cü maddəsində
göstərilən sənədləri və
məlumatları 2011-ci il mayın 1-dək
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə
təqdim etsinlər.
Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin,
komitələrin, idarə və təşkilatların,
səhmlərinin nəzarət zərfi dövlətə məxsus
olan səhmdar cəmiyyətlərinin rəhbərlərinə,
şəhər və rayon icra hakimiyyəti orqanlarına
tapşırılsın və bələdiyyələrə
tövsiyə edilsin ki, Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin və Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin təlimat məktublarına uyğun olaraq
2012-ci il və sonrakı üç il üzrə
dövlət investisiya proqramının layihəsini
hazırlamaq üçün müvafiq məlumatları
və sənədləri 2011-ci il martın 1-dək
Azərbaycan Respublikasının İqtisadi İnkişaf
Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə təqdim etsinlər.
Nazirliklər,
komitələr və büdcədən
maliyyələşən digər təşkilatlar,
dövlət büdcəsindən müvafiq maliyyə
yardımı (dotasiya, subvensiya və subsidiya) alan
idarə və təşkilatlar 2011-ci il iyulun 1-dək:
- aidiyyəti
dövlət proqramlarının, tədbirlər
planlarının icrası vəziyyəti və əldə
olunmuş nəticələr barədə məlumatları
hazırlayıb Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə və Azərbaycan Respublikasının
İqtisadi İnkişaf Nazirliyinə təqdim etsinlər;
- dövlət
büdcəsinin vəsaiti hesabına
maliyyələşdirilən tədbirlərin dövlət
sifarişinə aid olanları barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə təqdim etsinlər.
Sərəncamda Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyinə
tapşırılmışdır ki, lazım olduqda
ölkənin növbəti büdcə ili və gələn
üç il üçün dövlət büdcəsi
layihəsinin, iqtisadi və sosial inkişaf konsepsiyasının
və toplu maliyyə balansının tərtibi
üçün əlavə əsaslandırıcı
materialları və hesablamaları mərkəzi və yerli
icra hakimiyyəti orqanlarından, habelə onların struktur
bölmələrindən, mülkiyyət və
təşkilati-hüquqi formasından asılı olmayaraq,
digər hüquqi şəxslərdən,
bələdiyyələrdən, büdcə və
büdcədənkənar dövlət fondlarından
tələb etsinlər.
Dövlət büdcəsi gəlirlərinin
icrasını təmin edən orqanlar və
büdcədən maliyyələşən nazirliklər,
komitələr, şirkətlər və digər
təşkilatlar, müvafiq dövlət fondları,
dövlət büdcəsindən müvafiq maliyyə
yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar, Naxçıvan
Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinin rayon
(şəhər) üzrə maliyyə idarələri və şöbələri
növbəti büdcə ili və sonrakı üç il
üçün büdcə layihələrini tərtib
edərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 24 may tarixli 75 nömrəli qərarı
ilə təsdiq edilmiş "Dövlət büdcəsinin
tərtibi və icrası Qaydaları"ndan irəli
gələn vəzifələrin yerinə yetirilməsini
təmin etsinlər.
Bu
sərəncam imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan.- 2011.- 28 yanvar.- S. 4.