Nazirlər Kabineti mövcud qərarlara bəzi əlavələr
etmişdir
Yanvarın
25-də Nazirlər Kabinetinin
qərarı ilə
"Azərbaycan Respublikasında
ixrac-idxal əməliyyatları
üzrə gömrük
rüsumlarının dərəcələri
haqqında" və
"Azərbaycan Respublikasının
ərazisinə gətirilən,
əlavə dəyər
vergisindən azad olunan malların siyahısı haqqında"
mövcud qərarlara bəzi əlavələr edilmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a
verilən məlumatda
bildirilir ki, qeyri-neft sektorunun inkişafına dövlət
dəstəyinin daha da gücləndirilməsi,
yeni və müasir texnologiyaların
tətbiqinin təşviq
edilməsi məqsədi
ilə Nazirlər Kabineti İqtisadi İnkişaf Nazirliyinin Maliyyə, Kənd Təsərrüfatı, Vergilər, Ədliyyə
nazirlikləri və Dövlət Gömrük
Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə
alaraq, "Azərbaycan
Respublikasında ixrac-idxal
əməliyyatları üzrə
gömrük rüsumlarının
dərəcələri haqqında"
mövcud qərara bu məzmunda yarımbənd əlavə etmişdir:
"Qeyri-neft sektorunda
istehsalın təşviqi
məqsədi ilə idxal gömrük rüsumundan azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturu (XİF MN) üzrə
Siyahısı təsdiq
edilsin".
Bundan başqa, "Azərbaycan Respublikasının
ərazisinə gətirilən,
əlavə dəyər
vergisindən azad olunan malların siyahısı haqqında"
Nazirlər Kabinetinin mövcud qərarına da belə bir
yarımbənd əlavə
olunmuşdur: "Qeyri-neft
sektorunda istehsalın təşviqi məqsədi
ilə idxalda əlavə dəyər vergisindən azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturu (XİF MN) üzrə
Siyahısı təsdiq
edilsin".
2011-ci il martın 1-dən qüvvəyə minən
bu qərar üç il müddətində qüvvədə
olacaqdır.
Qərarın tam mətni ilə, o cümlədən, mətnə əlavə edilmiş siyahılarla Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı
internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik
Toplusunda ətraflı
tanış olmaq mümkündür.
Azərbaycan.- 2011.- 28 yanvar.- S. 4.