"Narkomaniyaya yox deyək!" plakat foto müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

 

Yanvarın 27-də Muzey Mərkəzində "Narkomaniyaya yox deyək!" plakat foto müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.

AzərTAc xəbər verir ki, müsabiqə Dövlət Gömrük Komitəsi (DGK), Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilmişdir.

Tədbirdə çıxış edən Baş nazirin müavini, Narkomanlığa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, mədəniyyət turizm naziri Əbülfəs Qarayev, DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov müsabiqənin əhəmiyyətindən danışmışlar.

Bildirilmişdir ki, respublikamızda bu istiqamətdə müvafiq qanunvericilik bazası formalaşdırılmış, əlaqədar beynəlxalq konvensiyalar təsdiq olunmuş, dövlət qurumları tərəfindən lazımi işlər görülmüşdür. Lakin bütün bunlara baxmayaraq, narkomaniya təkcə müəyyən bir qrup insanların deyil, bütün cəmiyyətin, hər birimizin problemidir onunla mübarizə hamılıqla aparılmalıdır.

Diqqətə çatdırılmışdır ki, gənclərə, uşaqlara narkotik vasitələrin zərəri barədə vaxtında düzgün istiqamətin verilməsi, onların məlumatlandırılması mühüm əhəmiyyətə malikdir. Bu işdə KİV-lərin mühüm rola malik olduğu xüsusi vurğulanmışdır.

Ötən ilin sentyabrından başlanan müsabiqəyə ümumilikdə 87 əsər təqdim edilmişdir. Bu əsərlər əsasən Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinə Rəssamlar İttifaqının üzvlərinə məxsusdur.

Qaliblərə fəxri fərman qiymətli hədiyyələr təqdim edilmişdir.

Tədbir iştirakçıları müsabiqəyə təqdim olunan əsərlərdən ibarət sərgiyə maraqla baxmışlar.

 

Azərbaycan.- 2011.- 28 yanvar.- S. 4.