Əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının
iclası keçirilmişdir
Yanvarın 26-da Əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının
ötənilki fəaliyyətinin
yekunlarına həsr edilmiş iclası keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Dövlət Komissiyasının
sədri Eldar Mahmudov qeyd etmişdir
ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi hələ
də öz həllini tapmamışdır
və müharibə vəziyyəti davam edir. Ötən il Ermənistan hərbçilərinin hücumunu
dəf edərkən şəhid
olmuş hərbçilərimizin
meyitlərinin uzun müddət qaytarılmaması
ilə bağlı hadisəni xatırladan sədr vurğulamışdır
ki, bu, həmin
ölkənin beynəlxalq
humanitar hüquq normalarına əməl etmədiyini bir daha təsdiqləyir.
Qeyd olunmuşdur ki, Prezident, Ali Baş Komandan
İlham Əliyevin ciddi səyləri nəticəsində şəhid
hərbçilərimizin meyitləri
Ermənistandan alınmışdır.
Prezident İlham Əliyevin iştirakı ilə onların xatirəsinə həsr olunmuş vida mərasimi keçirilmişdir.
Sədr iclasın gündəliyinə dair məlumat verdikdən sonra Dövlət Komissiyasının 2010-cu ildəki
fəaliyyəti barədə
işçi qrupun rəhbəri Firudin Sadıqov hesabat məruzəsi ilə çıxış etmişdir.
Bildirilmişdir ki, son iclasdan keçən müddətdə Dövlət
Komissiyasının beynəlxalq
əlaqələri daha
da genişlənmiş,
itkin düşmüş
şəxslərlə bağlı
aparılan axtarış-araşdırma
tədbirləri gücləndirilmişdir.
2010-cu il dekabrın
1-nə olan məlumata
görə, Dövlət
Komissiyasında qeydiyyatdan 4048 nəfər
itkin düşmüş,
1399 nəfər əsir
və girovluqdan azad olunmuş şəxs kimi keçir.
Komissiyada olan məlumatların dəqiqləşdirilməsi
və itkin düşmüş şəxslərin
axtarışı ilə
əlaqədar müxtəlif
dövlət orqanlarına
və beynəlxalq təşkilatlara 923 nəfər
barədə 1412 sorğu
göndərilmişdir. Komissiyada
və BQXK-də itkin düşmüş şəxs kimi qeydiyyata alınmış
588 şəxslə bağlı
cavablar təhlil edilmiş və sistemləşdirilərək müvafiq
bazalara əlavə edilmişdir. Müxtəlif
dövlət orqanlarından
və beynəlxalq təşkilatlardan daxil olmuş 110 sorğu icra olunmuş, əlaqədar orqanlara cavablar göndərilmişdir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
ilə əlaqədar
informasiya mübarizəsində
hücum taktikasına
dair tövsiyələrinə
uyğun olaraq, hesabat dövründə müxtəlif beynəlxalq
tədbirlərdə - elmi
konfrans, seminar və simpoziumlar, habelə komissiya üzvlərinin gördüyü digər işlərdə problemin həlli ilə bağlı aparılmış
müzakirələr, qurum
tərəfindən hazırlanmış
elmi və elektron nəşrlər barədə ətraflı
məlumat verilmişdir.
Hesabat məruzəsi ətrafında
müzakirələrdə komissiyanın
üzvləri Yaqub Mahmudov, Xələf Xələfov, Rəbiyyət
Aslanova və başqaları çıxış
edərək qurumun fəaliyyətinin qənaətbəxş
olduğunu, görülən
işlərin mühüm
əhəmiyyət kəsb
etdiyini, ölkə və beynəlxalq ictimaiyyətdə
maraq doğurduğunu
bildirmişlər.
Komissiyanın katibi Şahin
Sayılov və Azərbaycan Qırmızı
Aypara Cəmiyyətinin
sədri Novruzəli Aslanov "Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı itkin düşmüş şəxslər
haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə
olunması üzrə
çərçivə Sazişi"nin icrası ilə bağlı görülmüş işlər
və qarşıda duran vəzifələr barədə məlumat vermiş, müzakirələr
aparılmışdır.
Sonra BQXK ilə Dövlət Komissiyası
arasında BQXK tərəfindən
irəli sürülmüş
"Ante Mortem/Post Mortem məlumat
bazasının istifadəsi"
üzrə proqram təminatı Müqaviləsi
imzalanmışdır.
İclasda müzakirə olunan məsələlərlə
bağlı müvafiq
qərarlar qəbul edilmişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 28 yanvar.- S. 4.