Rəsmi Bakı Dağlıq Qarabağ ətrafında vəziyyətdə irəliləyişə nail olmaq üçün bütün vasitələrdən istifadə etməyə hazırdır

 

Azərbaycan regionda sülh sabitliyin bərqərar olmasına çalışır. Bu, ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə aiddir.

AzərTAc xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu fikri "Russia Today" telekanalının ərəb redaksiyasına müsahibəsində söyləmişdir. O demişdir: "XXI əsrdə Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsinə həmin ərazilərdə azərbaycanlı əhaliyə münasibətdə etnik təmizləmələrə göz yumaraq mehriban qonşuluq münasibətləri qurmaq onları saxlamaq qeyri-mümkündür".

Nazir daha sonra demişdir: "Mən Moskvaya Rusiyanın vasitəçiliyi ilə bu münaqişədən çıxış yollarını axtarmaqda davam etmək üçün gəlmişəm".

Xatırladaq ki, yanvarın 24-də Moskvada Azərbaycan, Rusiya Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü olmuşdur.

E.Məmmədyarov demişdir: "Tərəflər arasında atəşkəs haqqında saziş imzalanmasına baxmayaraq, qoşunların təmas xəttində insanların həlak olması davam edir. Biz bu problemi həll etmək üçün zəruri olan hər şeyi etməliyik".

Nazirin sözlərinə görə, danışıqların baza sənədi olan Madrid prinsiplərində nəzərdə tutulduğu kimi, ilk növbədə qoşunlar işğal edilmiş ərazilərdən çıxarılmalıdır. E.Məmmədyarov daha sonra demişdir: "Qaçqınlar məcburi köçkünlər öz əvvəlki yaşayış yerlərinə qaytarılmalıdır, işğal edilmiş ərazilərdə infrastruktur bərpa edilməlidir, bu da həmin sənəddə əks olunmuşdur".

E.Məmmədyarov demişdir: "İndiki vəziyyət sonsuz davam edə bilməz. Dağlıq Qarabağ ətrafında vəziyyətdə irəliləyişə nail olmaq üçün biz bütün vasitələrdən istifadə etməliyik".

Nazir BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını, qaçqınların məcburi köçkünlərin doğma evlərinə qaytarılmasını nəzərdə tutan dörd qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilmədiyinə təəssüfləndiyini bildirərək demişdir: "Bütün bu tələblər indiyə qədər kağız üzərində qalır".

Nazir daha sonra demişdir: "Bundan əlavə, AŞ PA-nın Avropa Şurasının qətnamələrində deyilir ki, bu problemin həlli mərhələlər üzrə həyata keçirilməli ərazilər azad edilməlidir, çünki başqa dövlətin ərazisinin işğal edilməsi yolverilməzdir".

 

Azərbaycan.- 2011.- 28 yanvar.- S. 4.