Azərbaycanın Çindəki səfiri "Beynəlxalq Dostluq Səfiri" fəxri adı ilə təltif edilmişdir

 

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, yanvarın 23-də Pekin şəhərində 14-cü Çin Beynəlxalq Dostluq Mədəniyyət Festivalı keçirilmişdir. Tədbirdə dünyanın 100-dən çox ölkəsinin ÇXR-də akkreditə olunmuş səfirlik beynəlxalq təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Azərbaycanın ÇXR-dəki səfiri Yaşar Əliyev beynəlxalq dostluq mübadiləyə mühüm töhfəsinə görə festivalın Təşkilat Komitəsi tərəfindən "Beynəlxalq Dostluq Səfiri" fəxri adı ilə təltif edilmişdir. Bu mükafat dünyanın ahəngdar inkişafını təşviq etmək məqsədilə hər il təqdim olunur. Bu yüksək mükafata bu il Çində akkreditə olunmuş 67 səfir beynəlxalq təşkilatın rəhbəri layiq görülmüşdür.

 

 

Azərbaycan.- 2011.- 28 yanvar.- S. 6.