Davos İqtisadi Forumu işini davam etdirir
Azərbaycan Prezidenti İlham Əliyevin və
Polşa Prezidenti Bronislav Komorovskinin görüşü
İsveçrədə
işgüzar səfərdə olan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və
Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin
yanvarın 28-də Davosda görüşü olmuşdur.
Bu görüşə
böyük əhəmiyyət verdiklərini deyən Azərbaycan
və Polşa prezidentləri ölkələrimiz arasında
uğurlu əməkdaşlığın davam etdiyini
vurğuladılar.
Görüşdə
ikitərəfli münasibətlər və enerji sahəsində
əməkdaşlıq məsələləri müzakirə
edildi. Azərbaycan ilə Avropa İttifaqı arasında,
xüsusilə də "Şərq tərəfdaşlığı"
Proqramı çərçivəsində əməkdaşlığın
əhəmiyyəti, o cümlədən Polşanın bu
istiqamətdə dəstəyi qeyd olundu.
Dövlətimizin
başçısı Azərbaycan ilə Polşa arasında
əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə
əminliyini ifadə etdi. Ölkələrimiz arasında ikitərəfli
əlaqələrin gündəliyinin çox geniş
olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan
və Polşa siyasi, iqtisadi və müxtəlif sahələrdə
uğurla əməkdaşlıq edir.
Dövlət
başçıları münasibətlərin bundan sonra da
inkişaf etdirilməsi istiqamətində ətraflı fikir
mübadiləsi apardılar.
Prezident İlham Əliyev
Polşa Prezidenti Bronislav Komorovskini Azərbaycana səfərə
dəvət etdi.
AzərTAc
Azərbaycan.- 2011.-29 yanvar.- S. 1.