Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avstriyanın Sənaye İttifaqının sədri Fayt Zorger ilə görüşmüşdür.
Bakıya səfərdən məmnunluğunu ifadə edən qonaq ölkəmizdə gedən dinamik inkişafın şahidi olduğunu vurğulamış, Azərbaycanın böyük iqtisadi potensialının qarşılıqlı sərmayə qoyuluşu üçün böyük imkanlar açdığını bildirmişdir. Nazir E. Məmmədyarov inkişaf edən respublikamızda həyata keçiriləcək bütün irimiqyaslı layihələrin dövlət tərəfindən dəstəkləndiyini, həmçinin ölkələrimizin Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının vacibliyini qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2011.- 29 yanvar.- S. 5.