Qəbələdə YAP Gənclər Birliyinin III konfransı keçirilmişdir

 

Yanvarın 29-da Qəbələdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin III konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.

Dövlət himni səsləndirildikdən sonra YAP Gənclər Birliyi sədrinin müavini Samirə Quliyeva hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzəçi bildirmişdir ki, YAP hazırda 520 mindən artıq üzvü öz ətrafında birləşdirir. Üzvlərin 39,6 faizi gənclərdir. 1995-2005-ci illərdə Birlik üzvlərinin sayı 25 mindən 135 minə, son beş ildə isə 208 minə çatmışdır. YAP üzvü olan gənclərin 80895 nəfəri ali təhsillidir. Ölkədə dövlət gənclər siyasəti uğurla həyata keçirilir, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, hüquqlarının qorunması, sosial problemlərinin həlli istiqamətində mühüm işlər görülür.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, YAP İdarə Heyətinin üzvü Əli Həsənov konfransda çıxış etmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan danışan Ə.Həsənov ötən illərdə qazanılmış uğurları, ölkənin tərəqqisində bu siyasi qurumun üzvü olan insanların əvəzsiz rolunu qeyd etmişdir. Şöbə müdiri demişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətini Prezident İlham Əliyev yeni dövrün tələbinə uyğun olaraq uğurla davam etdirir. Ölkəmizdə gənclərə göstərilən hərtərəfli qayğı onların siyasi mövqelərinin düzgün formalaşmasında mühüm rol oynayır.

Ə.Həsənov ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət qayğıdan danışmış, Prezident İlham Əliyevin gəncliyin inkişafı istiqamətində imzaladığı fərman sərəncamların əhəmiyyətini qeyd etmişdir. O, ölkədə aparılan uğurlu gənclər siyasətindən danışmış, YAP Gənclər Birliyi üzvlərinin müxtəlif sahələrdə qazandıqları nailiyyətlərindən bəhs edərək vurğulamışdır ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atan cəmiyyətin ən mütərəqqi siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası öz ətrafında ziyalı təbəqəsini birləşdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün YAP ölkənin sosial-iqtisadi həyatında böyük nüfuza malikdir.

Əli Həsənov Azərbaycan gənclərinin yüksək intellektə, bilik bacarığa malik olduğunu, gəncliyin inkişafı üçün dövlətin geniş imkanlar yaratdığını bildirmişdir. Şöbə müdiri demişdir ki, gənclər həm cəmiyyətin, həm partiyanın aparıcı qüvvələrindən biridir. Partiya üzvlərinin 39,6 faizinin gənclərdən ibarət olması onu göstərir ki, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti birmənalı olaraq dəstəkləyir. YAP Gənclər Birliyinin üzvləri çox savadlı bacarıqlıdırlar, hazırda onların bir çoxu dövlət qurumlarında müxtəlif vəzifələrdə çalışırlar.

Prezident Administrasiyasının şöbə müdiri konfransın işinə, qurumun idarə heyətinə yeni seçiləcək gənclərə uğurlar diləmiş bütün gəncləri 2 fevral - Gənclər Günü münasibətilə təbrik etmişdir.

Naxçıvan Dövlət Universitetinin magistri Nargilə Əsədova, YAP Gənclər Birliyi Gəncə şəhər təşkilatının sədri Ramin İbrahimov, Göyçay rayon təşkilatının sədri Aytən Nəbiyeva, Ağdam rayon təşkilatının sədri Amil Cavadov başqaları II konfransdan bəri görülən işlər, əldə edilən uğurlar barədə məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışlar.

Təhsil naziri, YAP İdarə Heyətinin üzvü Misir Mərdanov, YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, TürkPA-nın baş katibi Ramil Həsənov, Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova, Milli Məclisin deputatı Fəttah Heydərov, "Eurovision" mahnı müsabiqəsinin mükafatçısı Səfurə Əlizadə müstəqil Azərbaycanın memarı qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən geniş quruculuq-abadlıq işlərindən, insanların rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlərdən danışmışlar. Natiqlər Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan ətraflı söz açmışlar. Qeyd olunmuşdur ki, xalqımızın dahi oğlu Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirilmiş bir neçə aydan sonra bu siyasi qurum ilk böyük uğuruna imza atmış, yəni xalqın istəyi ilə YAP-ın sədri Azərbaycan Prezidenti seçilmişdir. Çıxışlarda YAP-ın üzvü olan gənclərin cəmiyyətdəki fəal mövqeyi, hüquqi dövlət quruculuğu ictimai-siyasi proseslərdə iştirakı, partiyanın ötən illər ərzində keçirilmiş bütün seçkilərdə qələbə qazandığı, gənclərlə əməkdaşlığa böyük əhəmiyyət verdiyi, partiya sıralarına qəbul olunan yeni üzvlər arasında gənclərin üstünlük təşkil etdiyi xüsusi vurğulanmışdır. Ramil Həsənov Əli Əhmədova TükrPA-nın mükafatını təqdim etmişdir.

Tədbirdə Gənclər Birliyinin ötən dövrdəki fəaliyyəti qənaətbəxş hesab edilmiş, qurumun 58 nəfərdən ibarət şurası, 17 nəfərlik idarə heyəti seçilmişdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Seymur Orucov YAP Gənclər Birliyinin sədri seçilmişdir.

 

 

Azərbaycan.- 2011.-30  yanvar.- S. 2.