Azərbaycan Respublikası
Xarici İşlər
Nazirliyi mətbuat xidmətinin məlumatı
Misir Ərəb Respublikasında
baş verən hadisələrlə əlaqədar
bu ölkədə müvəqqəti və daimi əsaslarda olan Azərbaycan Respublikasının vətəndaşlarının
Vətənə qayıtması
üçün Misir
Ərəb Respublikasından
evakuasiya edilməsinə
dair Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə
qərar qəbul edilmiş və bu məqsədlə
Misirə xüsusi təyyarə göndərilməsi
planlaşdırılmışdır. Evakuasiyaya dair tələb olunan məlumatları əldə
etmək üçün
Misir Ərəb Respublikasını tərk
etmək istəyən
Azərbaycan Respublikası
vətəndaşları Qahirədə
yerləşən Azərbaycan
Respublikası səfirliyinin
yaratdığı qaynar
xətt vasitəsilə
əlaqə saxlamalıdırlar.
Qaynar xəttin nömrələri: 00201 69 14 2848 və 00201 08 15 8628.
Azərbaycan.- 2011.-1 fevral.- S. 1.