Qəbələdə "Milli mənəvi dəyərlər
və gənclik" mövzusunda "dəyirmi
masa" keçirilmişdir
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşkilatçılığı ilə Qəbələdə "Milli mənəvi dəyərlər və gənclik" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
AzərTAc xəbər verir ki, birliyin bütün şəhər və rayonlardakı təşkilatlarının rəhbərlərinin və fəallarının iştirak etdiyi tədbirdə milli mənəvi dəyərlərimizin qorunması, təbliği sahəsində görülən işlər barədə geniş məlumat verilmiş, müzakirələr aparılmışdır. Gənclər Avropa mədəniyyətindən xalqımızın milli mənəvi dəyərlərinə zidd olan halların daxil olmasının yolverilməzliyini qeyd etmiş, bu dəyərlərə cavab verməyən bəzi televiziya verilişlərini, internet portallarını da mənfi hal kimi qiymətləndirmiş, rəy və təkliflərini söyləmişlər.
Ölkəmizdə təhsil və erkən nikah məsələləri ətrafında müzakirələr aparılmışdır.
YAP icra katibinin
müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, YAP Gənclər Birliyinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Seymur Orucov çıxışlarında
qeyd etmişlər ki, milli mənəvi
dəyərlər mədəniyyətimizin
bir hissəsidir.
Xalqımızın tarix
boyu əldə etdiyi nə varsa, onun mənəvi
dəyərləridir. Milli mənəvi
dəyərlər adət-ənənələrlə
nəsildən-nəslə ötürülən yazılmamış
qayda-qanunlardır, onların
mənfi ünsürlərdən
qorunması və təbliğində gənclərin
üzərinə böyük
məsuliyyət düşür.
Azərbaycan.- 2011.-1 fevral.- S. 2.