Hər bir azərbaycanlı gənc çalışır ki,
ölkəmiz daha da çiçəklənsin
və böyük uğurlar əldə etsin
AzərTAc xəbər verir ki, Gənclər Təşkilatları Milli
Şurasına üzv
olan təşkilatların
nümayəndələri yanvarın
31-də Milli Şuranın
yaradılmasının 15 illiyi
və 2 fevral - Gənclər Günü ilə əlaqədar Fəxri xiyabanda müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş,
məzarı önünə
gül qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı
üzərinə də
tər çiçəklər
düzülmüşdür.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın
azadlığı və
suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən
övladlarının məzarları
üzərinə tər
çiçəklər düzülmüş,
"Əbədi məşəl"
abidəsi ziyarət olunmuşdur.
Milli Şuranın sədri, Milli Məclisin deputatı Fuad Muradov bildirmişdir
ki, Azərbaycanda müstəqilliyin bərpa
olunmasında gənclərin
böyük rolu olmuşdur. Bu gün də hər bir azərbaycanlı
gənc çalışır
ki, ölkəmiz daha da çiçəklənsin,
böyük uğurlar
əldə etsin. Gənclərə daim diqqət və qayğı göstərmiş
ulu öndər Heydər Əliyev Gənclər Təşkilatları
Milli Şurasının
yaranmasına və gənclər siyasətində
fəal iştirakına
böyük önəm
vermişdir.
Azərbaycan.- 2011.-1 fevral.- S. 2.