GUAM-ın 2011-ci ildə maliyyə fəaliyyətinin yoxlanılmasına dair xarici audit aparılmışdır

 

GUAM Katibliyindən AzərTAc-a bildirmişlər ki, martın 27-29-da qurumun iqamətgahında GUAM-ın 2011-ci ildəki maliyyə fəaliyyətinin yoxlanılmasının həyata keçirilməsinə dair xarici audit aparılmışdır.

Auditdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin  (XİN) maliyyə-valyuta idarəsinin rəisi N.Əliyev, Gürcüstan XİN-in  daxili audit xidməti rəisinin müavini T.Kiladze, Moldova  Respublikası Maliyyə Nazirliyinin daxili audit idarəsinin rəhbəri L.Jandık, Ukrayna XİN-in maliyyə-inzibati məsələlər və kargüzarlıq departamenti direktorunun vəzifələrini icra edən İ.Yaroş iştirak etmişlər.

Tədbirdə Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın - GUAM-ın 2011-ci ildə maliyyə fəaliyyətinin yoxlanılmasının nəticələrinə dair GUAM ölkələrinin nümayəndələrinin audit rəyi imzalanmışdır.

Martın 26-30-da audit çərçivəsində GUAM ölkələrinin maliyyə ekspertlərinin qurumun maliyyə müddəalarının və qaydalarının redaksiyası üzərində işi davam etdirilmişdir.

 

 

Azərbaycan.- 2012.- 1 aprel.- S. 1.