Gəncə Dövlət Universitetibu ali təhsil ocağının rektoru beynəlxalq mükafata layiq görülmüşlər

 

 Azərbaycanın ali təhsil müəssisələri arasında layiqli yeri olan Gəncə Dövlət Universiteti son illər bir çox uğurlara imza atmış, yüksək ixtisaslı müəllim kadrlarının hazırlanması üçün dövlətin göstərdiyi hər cür qayğıdan bəhrələnərək təhsilin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində xeyli görmüşdür.

Bunun nəticəsidir ki, 2009-cu ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ali təhsil ocağında çalışanlardan  iki nəfəri əməkdar elm xadimi, 11 nəfəri əməkdar müəllim, bir nəfəri əməkdar jurnalist adına, 13 nəfər isə "Tərəqqi" medalına layiq görülmüşdür.

Universitetin maddi-texniki bazasının yüksəldilməsi üçün dövlət səviyyəsində göstərilən qayğıdan ruhlanan kollektiv yeni-yeni uğurlar qazanmaq üçün qabaqcıl metodları mənimsəyir, daha bilikli və savadlı müəllim kadrlarının hazırlanmasında əlindən gələni əsirgəmir.

AzərTAc xəbər verir ki, Avropa təhsil sisteminə inteqrasiyaya dair Avropa İttifaqının ERASMUS-MUNDUS və TEMRUS proqramı çərçivəsində Avropa universitetləri ilə əməkdaşlığa başlayan Gəncə Dövlət Universiteti bu günlərdə daha bir uğura imza atmışdır. Universitetin rektoru, professor Elman Məmmədov elmkadr hazırlığı sahəsindəki nailiyyətlərinə görə Avropa Biznes Assambleyası Rəyasət Heyətinin, Avropa Rektorlar Klubunun Akademik Şurasının və Biznes Liderlərinin Beynəlxalq Klubunun Beynəlxalq Sokrat adına Nominasiya Komitəsinin qərarı ilə "Elmdə fəxri ad" Qızıl medalına, universitetin kollektivi isə elm və təhsilin müxtəlif istiqamətləri üzrə nailiyyətlərə görə "Avropa keyfiyyəti" Beynəlxalq mükafatına layiq görülmüşlər.

Hər iki mükafat Böyük Britaniyanın London şəhərində "116 Pall Mall" sarayında təntənəli şəkildə təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 1 aprel.- S. 4.