Azərbaycan
Prezidenti İlham Əliyev Rusiya Federasiyasının nəqliyyat
naziri İqor Levitini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Rusiya Federasiyasının nəqliyyat naziri İqor Levitini qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində uğurla inkişaf etdiyi vurğulandı, Rusiya Federasiyasının nəqliyyat naziri İqor Levitinin Azərbaycana səfərinin bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olundu.
AzərTAc
Azərbaycan.- 2012.- 3 aprel.- S. 2.